Ermənistan üçtərəfli komissiyadan niyə çıxdı? – “Ya Putinin imzasını heçə saydığını göstərirlər, ya da…”
Ermənistan baş nazirinin müavini Mher Qriqoryan İrəvanda keçirdiyi brifinqdə deyib ki, Ermınistan tərəfi 10 noyabr 2020-ci ildə Ermənistan Rusiya və Azərbaycanın liderləri arasında imzalanmış üçtərəfli bəyanatın şərtlərinə uyğun olaraq baş nazirlərin müavinləri səviyyəsində yaradılmış və regional əlaqələr, nəqliyyat və kommunikasiyaların açılması üzrə üçtərəfli komissiyanın fəaliyyətini dayandırır.
Onun fikrincə, İşçi qrupun fəaliyyətinin dayandırılmasına səbəb kimi sərhəddə yaranan gərgin vəziyyət göstərilir.
Mher Qriqoryan deyib: “Bu gündən komissiya öz işi dayandırır və davam etdirməyəcək etməyəcək. Çünki effektiv və səmərəli iş üçün uyğun vəziyyətə ehtiyac var. Sərhəddə belə bir vəziyyət olduğu təqdirdə bu cür fəaliyyətlərin mümkün olmayacağını düşündük. İrəvan sərhəddəki vəziyyətin dinc və diplomatik yollarla həll edilməsi üçün hər şeyi edəcək”.
Politoloq Elxan Şahinoğlu bildirib ki, Ermənistan tərəfinin belə qərar almasını bir neçə cəhətdın izah etmək olar.
“Birincisi, mövcud Paşinyan hökuməti seçkiqabağı bu addımı atmaqla seçkidə bundan piyar kimi istifadə edib, özünə səslər toplamaq niyyətindədir.
İkincisi, Rusiya və Ermənistan arasında ciddi narazılıq artmaqdadır və Ermənistandakı mövcud hökumət bu addımı atmaqla Rusiyanın, dolayısı ilə Putinin imzasını heçə saydığını göstərmək niyyətindədir.
Üçüncüsü, Ermənistan bu addımı atmaqla münaqişəni yenidən qızışdırmaq və beləliklə də münaqişəyə digər tərəfləri, xüsusilə də ABŞ və Fransanı cəlb etmək niyyətindədir.
Dördüncüsü, Rusiyadakı bəzi dairələr Zəngəzur dəhlizini ləngitmək üçün ciddi əsas gətirə bIilmirlər, ona görə də Ermənistanda hakimiyyətdə təmsil olunan və özlərinə bağlı bəzi qüvvələrin vasitəsi ilə prosesi ləngitməyə çalışırlar”.
Ekspertin sözlərinə görə, görünən odur ki, Ermənistan tərəfinin atdığı bu addım məqsədlidir, bununla bölgədə gərginliyin davam etməsinə maraqlı dövlətlərin və dairələrin maraqlarına xidmət etməyə çalışırlar./azpoltika.info