Ermənistanın üçtərəfli işçi qrupundan çıxması proseslərə necə təsir edəcək?

“Ermənistanın üçtərəfli işçi qrupundan çıxması münaqişənin həlli prosesi ilə bağlı fərlqi bir şey yaratmayacaq”.
Bunu  açıqlamasında politoloq Araz Aslanlı Ermənistan regionda kommunikasiyaların bərpa edilməsi üzrə üçtərəfli komissiyanın işində iştirakını dayandırmasına aydınlıq gətirərkən deyib. Onun sözlərinə görə, Ermənistan son dövrlərdə Azərbaycanla bağlı müxtəlif absurd iddialar irəli sürür:
“Bu iddiaları irəli sürərkən Azərbaycanı guya bu prosesi dayandırmaqla hədələyib. Bu, yeni bir şey deyil. Təəssüf ki, müəyyən xarici dövlətlərin bəziləri də qismən Ermənistanı dəstəkləyirlər. Daha öncə Paşinyan parlamentdə çıxış edərkən belə iddialar irəli sürmüşdü ki, guya bu prosesi Azərbaycan pozur. Və əgər Azərbaycan bu prosesi pozmağa davam edərsə, Ermənistan 10 Noyabr və daha sonra 11 Yanvar razılaşmasını Azərbaycan pozduğu üçün Ermənistan bu prosessdən çəkilə bilər. Hazırda Ermənistanın iddiaları bu çərçivədədir. Əslində Ermənistan 10 Noyabrdan sonra Azərbaycan ərazisinə silahlılar göndərərək razılaşmanı pozur. Rusiya sülhməramlıları isə həmin silahlıların keçməsinə şərait yaradır və göz yumurlar. Üçüncüsü, Ermənistan Azərbaycan-Ermənistan sərhəd xəttinə qədər öz ərazisinə çəkilməlidir. Amma çəkilmir. Dördüncüsü, Ermənistan Azərbaycan ərazisinin sərhəd zolağını keçərək minalamağa çalışır, yenə razılaşmanı o pozur. Amma bütün bunları edərkən təxmini bir görüntü yaratmağa çalışır. Bəzi dövlətlər isə bu görüntüyə aldanaraq Ermənistanı dəstəkləyirlər”.
Bu dövlətlərin içində kimlər var? 
Araz Aslanlı qeyd edib ki, həmin dövlətlər Fransanın timsalında beynəlxalq hüququn qorunmasına xüsusi məsuliyyət daşıyırlar:
“Ermənistan özü provakasiya edərək bu cür dövlətlərin addımlarından cəsarətlənərək Azərbaycanı ittiham edir, guya Azərbaycan razılaşmanı pozduğu üçün Ermənistan bu üçtərəfli formatın işlək olmadığını düşünür və bundan geri çəkilmək məsələsini qaldırır. Məsələ budur. Azərbaycan üzərində əsassız təzyiq yaratmaq və guya bütün məsuliyyəti Azərbaycanın üzərinə qoymağa çalışmaq. Amma bu, praktikada bir nəticə verməyəcək”./qaynarinfo

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password