“Ermənistana silah satışı qadağan edilməlidir” – Rusiyalı ekspert

 

İkinci Qarabağ müharibəsi dövründə Ermənistan tərəfindən Azərbaycanın şəhərlərinə endirilən raket zərbələri barədə qərarlar sırf rəsmi İrəvan tərəfindən qəbul olunub.

Bunu rusiyalı ekspert, “Milli Müdafiə” jurnalının baş redaktoru İqor Korotçenko trend-ə açıqlamasında deyib.

Rusiyalı ekspert: “Ermənistana silah satışı qadağan edilməlidir”

O vurğulayıb ki, raket zərbələri ilə bağlı məsuliyyət tamamilə Ermənistanın hərbi və siyasi rəhbərliyinin üzərinə düşür.

Ekspert qeyd edib ki, şəhərlərə raket zərbələrinə heç bir şəkildə haqq qazandırmaq olmaz, çünki bu, hərbi cinayətdir.

Onun sözlərinə görə, Ermənistan hücum silahlarının istifadəsi zamanı məsuliyyətsiz davrandığı üçün bu cür silahların Ermənistana tədarükünə embarqo qoyulmalıdır:

“Ermənistan onları hərbi tapşırıqlar üçün deyil, dinc əhalini məhv etmək üçün istifadə edib. Fikrimcə, Ermənistan silahlı qüvvələrinə hücum silahlarının tədarükü gələcəkdə qadağan olunmalıdır”.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password