“Azərbaycan millisi yaxşı komandadır” – Georgi Kondratyev

 

“Oyun gözlənildiyi kimi ağır keçdi. Azərbaycan yaxşı oynayan komandadır. Yaxşı təlim-məşq toplanışı keçiblər, bizdən əvvəl Türkiyə seçməsi ilə oynayıblar. Biz isə ilk dəfədir bu heyətlə toplaşmışıq”.

Bunu futbol üzrə Belarus millisinin baş məşqçisi Georgi Kondratyev evdə Azərbaycan yığmasına 1:2 hesabı ilə uduzduqları yoldaşlıq matçından sonra mətbuat konfransında deyib.

61 yaşlı mütəxəssis futbolçularının meydanda əlindən gələni etdiyini bildirib: “Məcburi əvəzetmələr etsək də, yeni futbolçular oyunu gücləndirmək əvəzinə zəiflətdilər. Matçı heç-heçə ilə başa vurmağa çalışdıq, amma uduzduq. Məsələ məğlubiyyətdə deyil. Sadəcə, ehtiyat oyunçular skamyasından gələn futbolçuların bu cür oynamağa haqqı yoxdur. Onlar hansı zonaları tutmaq, hansı oyunçuları saxlamaqla bağlı tələbləri yerinə yetirmədilər”.

Təcrübəli baş məşqçinin sözlərinə görə, rəqibin haqqını vermək lazımdır: “Siz də gördünüz ki, meydanda bacardığımızı etdik. Oyuna start heyətində başlayan futbolçular da tapşırıqları tam yerinə yetirə bilmədilər. Bu, futboldur. Bu gün rəqib qapısı qarşısında qol imkanlarımız olsa da, Azərbaycan millisi qalib gəldi”.

Qeyd edək ki, “Dimamo” Milli Olimpiya Stadionundakı qarşılaşma Azərbaycan yığmasının 2:1 hesablı qələbəsi ilə başa çatıb. İlk hissə qolsuz bərabərliklə yekunlaşıb. Meydan sahiblərinin heyətində Maksim Skaviş 56-cı dəqiqədə hesabı açıb. Qoldan sonra Azərbaycan millisi oyuna nəzərat etməyə başlayıb. 73-cü dəqiqədə Bədavi Hüseynov tarazlığı bərpa edib. 90+1-ci dəqiqədə isə Ramil Şeydayev qələbə qolunu vurub.

Qarşılaşma yığmanın bir neçə futbolçusu üçün əlamətdar olub. Start heyətdə meydana çıxan “Sumqayıt”ın müdafiəçisi Höccət Haqverdi və ikinci hissədə oyuna daxil olan Ukrayna “Minay”ından Rüstəm Əhmədzadə millidə debüt edib.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password