Bakı-Moskva-İrəvan üçtərəfli komissiyası işini dayandırdı

 

Rusiya, Ermənistan və Azərbaycanın yaratdığı regional kommunikasiyaların açılması üzrə üçtərəfli komissiya Ermənistan-Azərbaycan sərhədindəki gərgin situasiya ucbatından işini dayandırıb.

Bunu Ermənistan baş nazirinin müavini vəzifəsini icra edən Mqer Qriqoryan deyib.

Qriqoryan “Armenpress”-ə açıqlamasında regional kommunikasiyaların, o cümlədən nəqliyyatın açılması üçün fəaliyyətə başlayan komissiyada iştirakdan imtinalarının səbəbini belə açıqlayıb: “Effektiv və məhsuldar iş üçün müvafiq fon lazımdır. Sərhəddə belə bir vəziyyət isə hələki yoxdur. Düşünmürəm ki, bu şəraitdə konstruktiv dialoq mövcud ola bilər. Hazırda bu xəttə kontaktlarımız kəsilib, görək, qarşıda nə olur. Sonuncu insidentdən sonra Azərbaycan tərəfi ilə əlaqə yoxdur”.

 

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password