Qənirə Paşayeva: “Teatrlar açılmalı, açıq havada toylara icazə verilməlidir”

 

COVID-19 virusu ilə mübarizədə ölkəmiz önəmli addımlar atıb. Ziyalılar, deputatlar bu addımların atılması ilə bağlı aparılan təbliğatlarda önəmli rol oynayıblar. Amma artıq karantinlə bağlı müəyyən yumşalmalar oldu. Metro, ticarət mərkəzləri açıldı. Bu, teatrlara da şamil olunmalıdır. Bu, sənət adamlarının və teatrsevənlərin xahişidir”.

Bunları parlamentdə çıxışı zamanı Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva deyib.

Komitə sədri əlavə edib ki, açıq havada toy məclislərinin də keçirilməsinə icazə verilməlidir:

“Artıq 1 ildən çoxdur ki, insanlar toy edə bilmirlər. Amma müəyyən şərtlərlə, COVID pasportundan istifadə etməklə açıq havada toylara icazə verilə bilər”.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password