“Ermənilər xəritəni verməyəcəklər” – İşimiz asan olmayacaq!

Məlum olduğu kimi, ermənilər üçtərəfli bəyanatın tələblərinə zidd şəkildə aylardır ki, minalanmış ərazilərin xəritəsini vermirlər. Əksinə, yenə naxələf, riyakar addımlar atırlar. Bu günlərdə sərhəddə təxribat törədən düşmənlər saxlanılarkən onların mina basdırdıqları məlum olub. Özləri bunu “tikinti işləri” adlandırsalar da, fakt ortadadır. Deməli, düşmən dinə-imana gəlməyəcək. Çünki ermənilərin başa düşdükləri yeganə dil məhz güc dilidir.
 Hüquqşünas, politoloq Fərhad Mehdiyev açıqlamasında bildirdi ki, ermənilərin növbəti diversiya cəhdinin nəticələri ağır ola bilərdi:
“Bu, atəşkəsin pozulması deməkdir. Düşmənin sözügedən addımı silahların yenidən işə düşməsi üçün ciddi əsasdır. Düzdür, sülhməramlılar vəziyyətə nəzarət edirlər, lakin beynəlxalq hüququn konkret tələbləri var. Minaların basdırılması yalnız bunu öz ərazilərində etdikləri halda beynəlxalq hüquq pozuntusu olmazdı. Özləri isə əməllərinə belə bəraət qazandırırlar: həmin yerlər mübahisəli ərazilərdir. Daimi sülh müqaviləsi imzalanmadıqca belə təxribatlar təkrarlanacaq”.
 F.Mehdiyev, həmçinin minalı ərazilərin xəritəsinin verilməsindən danışdı:
“Ermənilər bizə onu verməyəcklər. Xəritənin guya itib-batdığını deyirlər. Onlar hətta saxlanılan diversantlar qarşılığında da xəritəni vermək istəmədilər. Görünür, işimiz asan olmayacaq”. /sherq.az

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password