“ATƏT-ə ehtiyac yoxdur” – Konfliktologiya İnstitutunun direktoru Denisov

 

ATƏT-in Minsk Qrupunun həmsədrləri bir gün əvvəl İrəvanda ənənəvi olaraq dəstəklənən açıqlama ilə çıxış ediblər və əlbəttə ki, bunu özünəməxsus şəkildə şərh ediblər.

Belə ki, bir neçə dəfə ATƏT-in Minsk Qrupunun həmsədrləri olan dövlətlər – Fransa və ABŞ-dan olan beynəlxalq müşahidəçilərin Azərbaycan və Ermənistan sərhədinə gətirilməsinə dair çağırış edən Nikol Paşinyan bildirdi ki, vəziyyətin deeskalasiyası üzrə plan İrəvan üçün məqbuldur.

Paris və Vaşinqton isə artıq bir neçə aydır Qarabağ münaqişəsinin həllindən kənarda qalan ATƏT-in Minsk Qrupunu diriltməyə çalışır. Onların təşəbbüsü uğurlu alınmır: bu cəhdlər yalnız Ermənistan rəhbərliyi tərəfindən dəstəklənir.

Rusiyanın Sülhməramlı Təşəbbüslər və Konfliktologiya İnstitutunun direktoru Denis Denisov caliber.az-a verdiyi müsahibəsində ermənilərin istəyi ilə Nikol Paşinyan istəyinin köklü şəkildə fərqli olduğunu qeyd edib:

“Nikol Paşinyanın kim olduğunu, hansı əlaqələrə malik olduğunu və ilk növbədə nələrə diqqət etdiyini çox yaxşı başa düşürük. Və çox vaxt bu, erməni xalqının istəkləri ilə üst-üstə düşmür ”.

“Tamamilə aydındır ki, Nikol Paşinyan üçün Rusiya Federasiyasının təsir səviyyəsini azaltmaq faydalı olardı. Bölgədəki bu təsiri azaltmaq ATƏT də daxil olmaqla müxtəlif beynəlxalq vasitəçilərin köməyi ilə mümkündür. Bəli, ATƏT-in iştirakı məntiqli olardı, ancaq əgər buna ehtiyac varsa. Buna isə praktik baxımdan sadəcə olaraq ehtiyac yoxdur”, – deyə D. Denisov qeyd edib.

Bundan əlavə, Denisov vurğulayıb ki, ATƏT-in sülhməramlı formatı mövcud deyil:

“Bəli, Rusiya ATƏT-in Minsk qrupunun həmsədrlərindən biridir. Digər həmsədrlər olan ABŞ və Fransa isə tam olaraq optimal vasitəçi deyillər. ATƏT-in Minsk Qrupunun bəhs etdiyimiz son açıqlaması isə əslində heç bir məna daşımır. Ancaq onu özünəməxsus şəkildə yozmaq olar. Monitorinq missiyası üzrə təşəbbüs mümkün deyil. Hazırkı məqamda hərtərəfli həll üçün Rusiya Federasiyasının qüvvədə olan missiyasına və onun kompleks nizama salma üçün olan resurslarına güvənmək olar”.

D. Denisovun sözlərinə görə, son həftələrdə baş verən hadisələr (Azərbaycan-Ermənistan sərhədində – red.) şübhəsiz ki, diqqətə alınmalıdır, lakin bu hadisələr problemin tənzimlənməsinin şərtlərinə yenidən baxılması üçün kritik əhəmiyyət daşımır.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password