Abidə məhv olur, Prezident sərəncamı 9 ildir icra edilmir

 

Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva Milli Məclisin bu gün keçirilən plenar iclasında “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsinin icrasına dair” qanun layihəsinin ikinci oxunuşda müzakirəsində çıxış edib, bir sıra vacib məsələlərə toxunub.

Tovuzda 150-dən artıq Qarabağ əlili və veteranına sovqat təqdim edilib

Tovuz rayonunda yerləşən Göytəpə ilkin neolit dövrü yaşayış məskəni barədə danışan Komitə sədri Prezident İlham Əliyevin Göytəpə Arxeoloji Parkının yaradılması ilə bağlı 2012-ci ildə imzaladığı Sərəncamı xatırladaraq, hələ də Arxeoloji Parkın yaradılması ilə bağlı müvafiq addım atılmadığını deyib.

“Ötən il də hökumətin hesabatında dövlət büdcəsinin icrası və başqa vaxtlarda bu məsələyə toxunduq, təəssüf ki, nəticə yoxdur.

Azərbaycanlı alimlərin, mütəxəssislərin Yaponiyanın, Fransanın və Almaniyanın alimləri ilə birgə araşdırma və tədqiqat apardığı, Tokiodan Londona qədər tədqimatı keçirilən və dünyada Azərbaycanın ən qədim yaşayış məskənlərindən biri olmasını təsdiqləyən “Göytəpə” ilkin neolit dövrü yaşayış məskənidir”, – millət vəkili deyib.

Q.Paşayeva xüsusi vurğulayıb ki, qədim yaşayış məskəni qarın, küləyin, Günəşin altında qalaraq, zərər görməkdədir:

“Bu suala cavab verilməlidir ki, Arxeoloji Parkın yaradılması ilə bağlı ölkə Prezidentinin Sərəncamı axı nə üçün icra olunmur? Səbəb nədir? Prezidentin Sərəncamında göstərildiyi kimi, bununçün 300 min manat vəsait ayrılmalı və Arxeoloji Parkın yaradılması ilə bağlı layihələndirmə və tikinti işləri başlanmalıydı. Mən bu məsələni bir tovuzlu kimi demirəm, bir Azərbaycan ziyalısı olaraq və çoxsaylı müraciətləri nəzərə alaraq qaldırıram. Xahiş edirəm, nəhayət bu Sərəncamdan irəli gələn məsələlər öz həllini tapsın”./axar.az

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password