Naxçıvanda canavar sürüsü şagirdlərə hücum etdi – Yaralılar var

 

Naxşıvanda, Ordubad rayonunun Əylis kəndində canavar sürüsü şagirdlərə hücum edib.

Məlumata görə, uşaqlar məktəbdən qayıdarkən canavarların hücumuna məruz qalıblar.
Hadisə nəticəsində şagirdlər ağır xəsarət alıblar. Kənd camaatının köməkliyi ilə uşaqlar təcili xəstəxanaya yerləşdirilib.
Məlumata görə, hücuma məruz qalanlardan 2-si uşaq, 1-i böyükdür./bakıpost.az

Naxçıvanda canavar sürüsünün hücuma məruz qalanın şəxsiyyəti məlum olub.

Canavarların hücumu nəticəsində iki böyük, iki yeniyetmə olmaqla, ümumən dörd nəfər xəsarət alıb.

Naxçıvan təcili tibbi yardım xidmətindən bildirilib ki, onlar 1977-ci il təvəllüdlü Bədəlov Əli Məcnun oğlu, 1966-cı il təvəllüdlü Məmmədov Əkbər Cavad oğlu, 2008-ci il təvəllüdlü Qəhrəmanov Təyyar Əbülfəz oğlu və 2005-ci il təvəllüdlü Qəhrəmanova Məryəm Rafiq qızıdır.

Hazırda həmin şəxslərdən bir nəfəri – M. Qəhrəmanovanın vəziyyəti yaxşı olduğundan evə buraxılıb. Digər şəxslərdən birinin isə vəziyyəti nisbətən ağır olduğundan Naxçıvan şəhərinə göndərilib.

Qeyd edək ki, hadisə may ayının 27-də baş verib.

 

Aktualinfo.org

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password