Ad gününüz mübarək, cənab kapitan!
Vətəni sevmək, onu qorumaq həm vətəndaşlıq, həm də əsgəri borcumuzdur. Bu gün bütün dünya Azərbaycan əsgərinin Vətən müharibəsində göstərdiyi şücaətin şahididir. Əsgərlərimizin ötən ilin sentyabrın 27-dən başlayan döyüşlərdə nümayiş etdirdiyi igidlik sayəsində torpaqlarımız artıq azad edilib. Məhz Azərbaycan əsgəri uğrunda vuruşduğu Vətən torpaqlarına üçrəngli bayrağımızı sancdı, xalqımıza tarixi qələbə sevinci bəxş etdi.
Biz artıq qalib ölkəyik. Şəhidlərimizin, igid əsgərlərimizin 44-günlük Vətən müharibəsində göstərdiyi şücaət sayəsində faşist və vandal qonşu ölkənin işğalçı ordusu darmadağın edildi. Xalqımız bir daha “Dəmir Yumruq” təki birləşdi və qələbələrə imza atdı!
Qırx dörd günlük Vətən Müharibəsi bizə minlərlə qəhrəmanımızı yaxından tanıtdı. Onların şücaətləri tarix boyu xalqımızın yaddaşından silinməyəcək. Onlardan biri də Fərzəli Xəyyam Güləli oğludur. Zabitimiz 28.05.1990-cı ildə Lerik rayonunda doğulmuşdur. Mayın 28-də müsəlman Şərqində ilk dünyəvi demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranması ilə eyni gündə. Atası Güləli birinci Qarabağ müharibəsinin qəhrəmənalarındandır. Oğul Xəyyam isə Azərbaycan ordusunun zabitidir,kapitan rütbəsini daşıyır. İkinci Qarabağ müharibəsi zamanı şücaətlə döyüşən zabitlərimizdən olub. Döyüşlərdə yüksək fədakarlıq göstərən Ordumuzun hər bir üzvü kimi kapitan Xəyyam Fərzəli də ona verilən tapşırığı böyük həvəslə və qürurla icra edib, döyüş meydanında Azərbaycan əsgəri adını şərəflə, məğrurla daha da uca zirvələrə daşıyıb.
Müharibənin ilk günlərindən, 27 sentyabrdan başlanan Vətən müharibəsi döyüşlərində igidliklə vuruşub. Füzuli, Cəbrayıl, Qubadlı və Laçın rayonlarının azad olunmasında istirak etmişdir.Torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə Fərzəli Xəyyam Güləli oğlu yaralanmış, hospitalda müalicə aldıqdan sonra yenidən ordu sıralarına qayıtmışdır.
Hal-hazırda Laçın rayonunda xidmətdədir.
Ad gününüz mübarək, cənab kapitan!
Sizə bu çətin və şərəfli yolda uğurlar,nailiyyətlər və yeni-yeni qələbələr arzu edirik!
Aktualinfo.org