Ermənistan Azərbaycanla sərhədlərin müəyyənləşdirilməsini istəmir… – Hərbi ekspert

 

Ermənistan Azərbaycanla sərhədlərin müəyyənləşdirilməsini istəmir, ona təxribatlar lazımdır.

Bunu rusiyalı hərbi ekspert, “Natsionalnaya oborona” jurnalının baş redaktoru İqor Korotçenko deyib.

Onun sözlərinə görə, təxribatın 28 May – Respublika günü ərəfəsində hazırlanması təsadüf deyil: “Təxribat məhz bu gün üçün hazırlanıb. Kommunikasyaları, təhcizat yollarını minalamaq planlaşdırılırdı ki, azərbaycanlı hərbçilər və hərbi texnika minalara düşsün. Məqsəd məhz bu idi”.

Ekspert bildirib ki, təxribatçı qrupların bu cür hərəkəti, dövlət sərhədini keçmək kimi fəaliyyətlər müdafiə nazirliyi, baş qərargah səviyyəsində qərarlaşdırılır: “Bu cür təxribatın hətta Paşinyanla razılaşdırılmasını da istisna etmirəm. Bu, Paşinyanın seçki ərəfəsində azalmaqda olan reytinqinin yüksəldilməsi üçün zəruri idi”.

O vurğulayıb ki, Ermənistan ordusunun öz ərazisində hansısa mühəndis işləri aparması barədə versiyası cəfəngiyyatdır: “Hamımız bilirik ki, gecə bu cür təxribatlar üçün ən uyğun vaxtdır. Ermənistan növbəti dəfə səhvə yol verdi və indi informasiya müharibəsi çərçivəsində günahı olmadığını elan etməyə çalışır”.

Ekspertin sözlərinə görə, Ermənistan öz addımları ilə KTMT və Rusiyanı münaqişəyə cəlb etməyə çalışır: “Ermənistan heç bir söz dinləmək və delimitasiya problemi ilə məşğul olmaq istəmir. Dövlət sərhədlərinin müəyyənləşdirilməsi, ilk növbədə sabitlik, sərhədyanı insidentlərin olmaması deməkdir”.

V.Korotçenko qeyd edib ki, Azərbaycanla Ermənistan arasında dövlət sərhədinin müəyyənləşdirilməsi vaxtın tələbidir və üçtərəfli bəyanatda nəzərdə tutulub: “Putin və Lavrov yardım barədə çıxış edib, Rusiya prosesin başlaması üçün tərəflərə kömək göstərməyə hazırdır. Ermənistan isə bunu istəmir, ona təxribatlar və növbəti dəfə Azərbaycanı ittiham edə biləcək insidentlər lazımdır ki, sərhədlərin dəqiqləşdirilməsi prosesindən imtina etsin”.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password