Ermənistan mediası sərhəddə atışma baş verdiyi barədə məlumat yayıb

 

Ermənistan Müdafiə nazirliyi sərhəddə insident baş verdiyi barədə məlumat yayıb.

Erməni portallarına yaydığı xəbərə görə, bu gün saat 14:20 radələrində Qeqarqunik rayonunun Verin Şorja (Basarkeçər rayonu,Yuxarı Şorca) kəndi istiqamətində Azərbaycan və Ermənistan hərbçiləri arasında baş verən insident nəticəsində atışma olub. 32 yaşlı kiçik serjant V.Xurşudyanın ölümçül güllə yarası aldığı deyilir.

“Sputnik Armenia”nın yaydığı məlumatda  kiçik serjant V.Xurşudyanın  aldığı güllə yarasından atıq öldüyü bildirilir.

Azərbaycan tərəfinin açıqlamasını gözləyirik.

 

Aktualinfo.org

 

 

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password