“Rusiya hər zaman qardaş erməni xalqına çiyin verməyə hazırdır”

 

Sergey Lavrov: “Liderlərin üçtərəfli bəyanatları bu gün uğurla icra olunur”

Rusiya xarici işlər naziri Sergey Lavrov Rusiya-Ermənistan münasibətlərindən danışıb və bildirib ki, münasibətlər zamanla sınaqlardan keçib. Lavrov “Arqumenti və Fakt” qəzetinə müsahibədə iki ölkə arasındakı əlaqələrə toxunub.

Rusiyanın Ermənistanla isti münasibətləri qoruyub saxlaya bilmədiyi sualına cavabında XİN başçısı deyib: “Qarşılıqlı etimad, strateji tərəfdaşlıq və müttəfiqliyin qarşılıqlı təsir ruhunda inkişaf edəcəyinə şübhə etmirəm. Baxmayaraq ki, Qarabağdakı silahlı qarşıdurma xoşagəlməz nəticə verdi”.

“Ölkəmiz hər zaman qardaş erməni xalqına çiyin verməyə hazırdır. Bunu Rusiyanın, şəxsən Prezident Putinin vasitəçilik səyləri sübut edir. Bunun sayəsində 2020-ci ilin payızında Dağlıq Qarabağdakı hərbi qarşıdurmaya son qoyulması, bölgədəki vəziyyətin normallaşması prosesinə başlanması mümkün oldu”, – deyə Lavrov vurğulayıb.

Rusiya XİN başçısı Azərbaycan, Ermənistan və Rusiya liderlərinin üçtərəfli Birgə Bəyanatına da toxunub: “Bu gün deyə bilərik ki, Azərbaycan, Ermənistan və Rusiya liderlərinin 9 noyabr 2020 və 11 yanvar 2021-ci il tarixli bəyanatlarında qeyd olunan üçtərəfli razılaşmalar ümumiyyətlə uğurla icra olunur. Bu, xüsusən münaqişənin humanitar və sosial-iqtisadi nəticələrinin aradan qaldırılması, Cənubi Qafqazdakı nəqliyyat və iqtisadi əlaqələrin blokdan çıxarılması ilə bağlıdır. Rus köməyi erməni dostlar tərəfindən yüksək qiymətləndirilir”.

Lavrov, Rusiya ilə Ermənistan arasındakı münasibətlərin yalnız Dağlıq Qarabağ problemi ilə məhdudlaşmadığını söyləyib: ““Ən yüksək və digər səviyyələrdə görünməmiş dərəcədə aktiv və məxfi siyasi dialoq qurduq. Yalnız bu il liderlərimiz iki dəfə görüşdü və bir çox telefon danışıqları oldu. May ayının əvvəlində İrəvana səfər etdim. Parlamentlərarası mübadilə aparılır”.

XİN başçısı qeyd edib ki, koronavirus pandemiyasının nəticələrinin aradan qaldırılması baxımından Rusiya Ermənistana bir neçə dəfə içərisində on minlərlə “Sputnik V” peyvəndi olan yük tədarük edib: “Əlavə yardım məsələsi üzərində işləyirik. Ticarət və iqtisadiyyat sahəsindəki əlaqələri uğurla inkişaf etdiririk”./ayna.az

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password