Abramyan Paşinyanı yıxmaq üçün hərəkətə keçdi

 

Rusiya erməniləri İttifaqının sədri, milyarder Ara Abramyan İrəvandadır və gələn ay keçiriləcək növbədənkənar parlament seçkilərində iştirak etmək üçün blok qurur.

O artıq “Evimiz-Ermənistan” partiyasını təsis edib və deputat Tiqran Urixanyanın başçılıq etdiyi “Alyans” partiyası ilə blok halında seçkilərdə iştirak edəcək.

Ara Abramyan keçirdiyi mətbuat konfransında “bütün sağlam qüvvələri” birləşməyə və seçkilərdə birgə iştirak etməyə çağırıb. Deyib ki, Ermənistanda sistem böhranı hökm sürür və bu vəziyyəti sözlə ifadə etməkdə acizdir.

“Mən artıq 10 gündür Ermənistandayam. Burada gördüklərim bütün təsəvvürlərimi aşıb keçir. Böhran mənim təsəvvür etdiyimdən daha dərindir. Və ölkəni bu vəziyyətə istisnasız olaraq indiyədək mövcud olmuş bütün hakimiyyətlər -Ter-Petrosyandan başlamaqla – gətirib çıxarıblar”, – o deyib.

Ara Abramyan bildirib ki, Ermənistanda hər hansı vəzifə tutmaq istəmir və məqsədi sadəcə olaraq “ölkəyə kömək etməkdir”. Hazırda “Alyans” partiyası ilə seçkilərə birgə qatılmaq barədə razılaşma əldə edilib, amma digər partiyalarla da danışıqlar gedir.

Ara Abramyan Rusiyanın hakim siyasi dairələri ilə yaxındır və onun Ermənistan siyasətində iştirakı Paşinyana qarşı artan “şimal təzyiqlərinin” bir hissəsi hesab edilə bilər./virtualaz.org

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password