Erməni müxalifəti parlamentə yürüş etdi: Nikoldan tələb

 

Ermənistanda müxalifət qüvvələri Parlament binasına yürüş ediblər.

Bu barədə erməni mətbuatı məlumat verib.

Yürüş iştirakçıları Paşinyandan Azərbaycan və Rusiya tərəfi ilə imzalamağa hazırlaşdığı sənədin mətnini yaymağı tələb ediblər.

Bundan başqa etirazçılar Müdafiə Nazirliyi və Baş Qərargahdan ölkənin müdafiəsi ilə bağlı konstitusion öhdəlikləri yerinə yetirməyə, Sünik (Zəngəzur) və Geqarqunik istiqamətlərində mövqeləri möhkəmləndirməyə səsləyiblər. Etirazçılar tələb edib ki, dezinformasiya yayılması dayandırılsın və ictimaiyyətə həqiqətlər deyilsin.

Qeyd edək ki, bu dəqiqələrdə Ermənistan baş naziri vəzifəsini icra edən nİkol Paşinyan parlamentdə çıxış edir.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password