İrəvanın müharibə aparmağa gücü, Bakınınsa ehtiyacı yoxdur… – Rus politoloq

“Rosbalt” ekspertlərdən Rusiyanın Azərbaycanla yeni ərazi mübahisəsində Ermənistanı qorumaq öhdəliklərini yerinə yetirməyə hazır olub-olmadığını necə proqnozlaşdırdıqlarını soruşub. 
 Qatı ermənipərəst mövqeyi ilə seçilən Siyasi Texnologiyalar Mərkəzi Fondunun Birinci vitse-prezidenti Aleksey Makarkin və türkoloq, IMEMO RAS-ın baş elmi işçisi, Qara Dəniz-Xəzər Bölgəsinin Siyasi və Sosial Tədqiqatlar İnstitutunun direktoru Viktor Nadein-Raevski ilə yanaşı, obyektivliyi ilə seçilən hərbi müşahidəçi Pavel Felgenhauer də sualı cavablandırıb. O deyib:
“Ermənistanla Azərbaycanın yenidən bir-biri ilə hərbi əməliyyat aparmağa hazır olub-olmadığı və bu vəziyyətdə Moskvanın İrəvan uğrunda savaş aparıb-aparmayacağı suallarını cavablandırarkən hər ikisi ilə bağlı “yox” deyəcəyəm. Bu gün nə Ermənistan, nə Azərbaycan, nə də Rusiya müharibə aparmağa hazırlaşır. Bütün hərəkətlər indi təbliğat ritorikasına əsaslanır.
Azərbaycan Ermənistanla keçənilki müharibədə özünə lazım olan hər şeyi qazandı. Bakının indi bununla məşğul olması və yeni bir şeyə əl atmaması lazımdır. Ermənistan, əlbəttə ki, Rusiyanı bu münaqişəyə öz tərəfdaşı olaraq cəlb etməyi çox istərdi. Bu, Nikol Paşinyan üçün də ölkədə keçiriləcək parlament seçkiləri ərəfəsində çox vacibdir.
Ümumiyyətlə, Sünik (Zəngəzur) bölgəsindəki kiçik bir ərazi ətrafında yaşanan mübahisəyə dair hazırkı qarşıdurmanın səbəbi, çox mənasız bir söhbətdir. Məsələ sadəcə Sovet xəritələrinin qeyri-dəqiqliyindədir. Keçmiş Sovet respublikaları arasındakı sərhədlər inzibati idi, orada hər şey həqiqətən olduqca mürəkkəbdir. Ancaq böyük bir müharibə üçün səbəb yoxdur.
Rusiya artıq vasitəçiliklə məşğul olacaq, Ermənistan və Azərbaycan – ovurdlarını şişirtməklə, amma heç kim müharibə aparmayacaq. İrəvanın müharibə aparacaq heç nəyi, Bakının buna ehtiyacı yoxdur, Moskvanınsa, ümumiyyətlə, həmçinin.
Əlbəttə ki, kiminsə indi atəş açmağa başlaya biləcəyini istisna etmək mümkün deyil, amma bu baş versə belə, bu cür sərhəd münaqişəsi tez bir zamanda həll ediləcək”.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password