“Azərbaycan ciddi irəliləyişlər əldə edib, Rusiyanin əlavə variantı yoxdur”

“Rusiya xarici işlər naziri Sergey Lavrovun Azərbaycana səfərinin cavabını ötən gün Prezident İlham Əliyev konkret olaraq vermişdir. Çünki S.Lavrovun hansı missiya ilə gələcəyi və təkliflər paketində hansı məsələlərin olduğu bəlli idi. Ermənistanla konkretleşdirildiyi planı Kremldə müzakirə etdikdən sonra Bakıya səfəridən əliboş döndüyünü qeyd etmək olar. Çünki, Moskvanın əsas planında ermənilərin Qarabağda statusu, Xocalı aeroportunun açılması və Azərbaycanın KTMT, Avrasiya İttifaqına qoşulması yer alır”.

Bunları politoloq Məhəmməd Əsədullazadə Rusiya xarici işlər naziri Sergey Lavrovun Azərbaycana səfərini şərh edərkən qeyd edib.

Yazarlar Məhəmməd Əsədullazadə

Politoloqun sözlərinə görə Lavrovun Bakı danışıqlarında demək olar ki, heç bir nəticə əldə olunmayıb:

“S.Lavrovun Bakı danışıqlarında Azərbaycanın mövqeyi diqqətə çatdırıldı və demək olar ki, heç bir razılaşma əldə olunmadı. Azərbaycanın Türkiyə ilə siyasi koordinasiyalı fəaliyyəti nəticəsində Rusiya Azərbaycana təzyiq etmək siyasətinə getmir və sadəcə əməkdaşlığın elə bir növünü təklif edir ki, rəsmi Bakı Moskvadan asılı olsun. Bakı üçün strateji olaraq Moskva ilə əməkdaşlıq labüddür, amma bu Ankara və Bakının birgə koordinasiyalı fəaliyyəti nəticəsində reallaşacaq”.

“Bu danışıqlarda “İsgəndər-M” raketi, minalanmış ərazilərin xəritəsi, sülhməramlı qüvvələrin məsuliyyət zonasında separtçıların fəaliyyəti, qanunsuz silahlı erməni birləşmələrinin çıxarılması danışıqlar predmeti olub. Bundan əlavə, Azərbaycan Qarabağla bağlı siyasi müstəvidə ciddi irəliləyişlər əldə edib. Demək olar ki, Qarabağda separatçıların tərksilah edilməsi reallaşacaq. Çünki, Qarabağda silahlı erməni birləşmələri Cənubi Osetiya presidenti yaradır. Silahlı erməni birləşmələrinin ləğvi məsələsində Moskva maraqlı deyil. Amma, Rusiyanin əlavə variantı yoxdur”, – deyə politoloq bildirib.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password