Rusiya SSRİ kimi dağılacaq – Venediktov

 

Moskvanın davranışları Rusiyanı iflasa sürükləyəcək.

Bunu Rusiyanın “Exo Moskvı” radiostansiyasının rəhbəri Aleksey Venediktov deyib.

Onun sözlərinə görə, Rusiya hakimiyyəti tarixin öyrənilməsi məsələlərinə müdaxilə edəcəyi, hamıya məlum faktları gizlədəcəyi və təhrif edəcəyi təqdirdə ölkənin parçalanması qaçılmaz olacaq:

“Sovet İttifaqının belə sürətli dağılmasının səbəblərindən biri, mənim fikrimcə, tarixin məktəbdə və sonrakı ictimai həyatda tədris edilməsidir. Bunu deyərkən marksizm-leninizm və faktların təhrif olunmasına əsaslanan tarix kitablarını nəzərdə tuturam. Sovet vətəndaşları 1991-ci ildə SSRİ-nin iflasına tamamilə biganə şəkildə izlədilər və onun müdafiəsinə qalxmadılar, çünki sovet dövləti yalan və saxtakarlığa əsaslanırdı. Rusiyanın taleyi də buna bənzərdir”.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password