“Naxçıvanda qırıcı aviasiya vasitələri yerləşdirilə bilər” – “Hərbi aerodromun açılışı təsadüfi deyil”

 

“Naxçıvan Muxtar Respublikasında Əlahiddə Ümumqoşun Ordunun hərbi aerodromunun məhz bu gün, ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci il dönümündə açılışı heç də təsadüfü deyil. Çünki Heydər Əliyev Naxçıvanın müdafiə qabiliyyətinin artırılmasına müstəsna əhəmiyyət verirdi”.

Bunları açıqlamasında hərbi ekspert Ədalət Verdiyev bildirib.

Onun sözlərinə görə, Azərbaycan Silahlı Qüvvələrinin maddi-texniki təhcizatının yenilənməsi proqarmı artıq 20 ilə yaxındır ki, davam edir: “2002-ci ildən başlayaraq Silahlı Qüvvələrin maddi-texniki təchizatının yenilənməsi istiqamətində çoxsaylı proqramlar həyata keçirilir. Bu çərçivədə Silahlı Qüvvələrin ayrı-ayrı qoşun növlərinin texnika parkının yenilənməsi ilə yanaşı, milli istehsalın inkişafına və müvafiq infrastrukturun yaradılmasına xüsusi diqqət yetirilib”.

Ekspert vurğulayıb ki, Vətən müharibəsi başa çatsa da, Azərbaycan Silahlı Qüvvələrini türk modelinə uyğunlaşdırmaqla silahlanmanın yeni mərhələsinə başlanılıb.

“Hazırda hərbi xərclərin artırılmasının müşahidə olunduğu bu mərhələdə Silahlı Qüvvələrin arsenalının müxtəlif ölkələrdən alınmış ən müasir silah və texnikalar hesabına yenilənməsi ilə müşaiyət olunmaqla bərabər müvafiq hərbi infrastukturun yaradılması da davam edir”,-deyə ekspert qeyd edib.

Ə. Verdiyevin sözlərinə görə, bu baxımdan Hərbi Hava Qüvvələrinin və onların fəaliyyətində əsas elementlərdən biri olan hərbi aerodromların modernləşdirilməsi və yenilənməsi də Azərbaycan üçün prioritet sahələrdən biridir: “Naxçıvan Əlahiddə Ümumqoşun Ordunun yeni aerodromunun açılması, həmin ərazidə qırıcı aviasiya vasitələrinin yerləşdirilməsi nəticəsində Silahlı Qüvvələrimizin döyüş potensialını daha üst səviyyəyə daşıyacaq”./azpolitika.info

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password