Bayram günlərində əlavə məhdudiyyət tətbiq olunmayacaq
Operativ Qərargahın qərarına əsasən, qarşıdan gələn Ramazan bayramı günləri heç bir məhdudiyyət tətbiq olunmayacaq.
Bunu Səhiyyə nazirinin birinci müavini Teymur Musayev Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib.
O qeyd edib ki, yeganə məhdudiyyət ictimai nəqliyyatla bağlı olacaq.