Bu gündən “Vaxzevria” peyvəndinin tətbiqinə başlanılır

 

Bu gündən ilkin olaraq 60 yaş və daha yuxarı şəxslər “COVID-19” xəstəliyinə qarşı peyvəndlənmə zamanı İngiltərənin Oxford universitetinin istehsalı olan “Vaxzevria” vaksinindən (İstehsalçı şirkət “AstraZeneca“) də istifadə edə biləcəklər.

“Vaxzevria” peyvəndinin istifadəsi Bakı şəhəri və 6 regionda – Lənkəran, Şəki, Gəncə, Mingəçevir, Abşeron və Sumqayıtda tətbiq olunacaq. Bu peyvəndin tətbiqi üçün tibb müəssisələrində xüsusi otaqlar ayrılacaq.

“COVAX” platforması çərçivəsində ölkəmizə gətirilən 84 000 doza “Vaxzevria” peyvəndi insanlar arasında seçim imkanlarını artırır və vətəndaşların müxtəlif peyvəndlərə əlçatanlığını təmin edir.

Azərbaycanda “AstraZeneca” peyvəndinin tətbiqinə başlanılır

Qeyd edək ki, “AstraZeneca” İngilis-İsveç şirkəti tərəfindən hazırlanan “Vaxzevria” vaksinini Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) təsdiq edib.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password