ABŞ-dan kritik Azərbaycan qərarı verildi – Blinkenin zəngindən sonra…

 

ABŞ hökumətinin Azərbaycana birbaşa hərbi yardımını qadağan edən “Azadlığa Dəstək Aktı”na 907 saylı düzəlişin icrası dayandırılıb.

Bu barədə ABŞ Dövlət Departamenti açıqlama yayıb.

Açıqlamada 907-ci düzəlişin müvəqqəti olaraq dondurulduğu bildirilib.

Bundan əvvəl, aprelin 28-də ABŞ Dövlət katibi Entoni Blinken və Azərbaycan Prezidenti İlham Əliyev arasında telefon danışığı olub. Tərəflər görüşdə ABŞ və Azərbaycan arasında ikitərəfli əməkdaşlığın vacibliyini qeyd edib və bir sıra məsələləri müzakirə etdiblər.

Dövlət katibi Prezident Əliyevə ABŞ hökumətinin yaxın vaxtlarda 907-ci düzəlişin icrasının müvəqqəti olaraq, dondurulacağını bildirib./teleqraf.com

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password