Müharibə iştirakçıları üçün veteran statusu: “Müdafiə Nazirliyi siyahını hazırlasa da…”

“Bildiyim qədər Müdafiə nazirliyi veteranlıqla bağlı siyahını Nazirlər Kabineti yanındakı komissiyaya verib”.
Bu fikirləri açıqlamasında Vətən Müharibəsinin başa çatmasından 5 aydan çox müddət keçməsinə baxmayaraq, hərbi əməliyyatların iştirakçılarına hələ də veteran statusunun verilməməsinə münasibət bildirən hərbi ekspert Ədalət Verdiyev deyib.
Ədalət Verdiyev bildirib ki, qeyd olunan aktual məsələnin bu qədər uzanması heç kimi qane edə bilməz:
“İstər döyüş iştirakçılarının özləri, istərsə də ictimaiyyət onlara veteran statusunun hələ də verilməməsinin səbəbini başa düşə bilmir. Əgər bir insan döyüşlərdə fərqləndiyinə görə medalla təltif olunubsa, o şəxsə indiyə qədər veteran statusu verilməməsi anlaşılmaz vəziyyət yaradır.
Bildiyim qədər Müdafiə Nazirliyi veteranlıqla bağlı siyahını Nazirlər Kabineti yanındakı Komissiyaya təqdim edib. Əgər bir müharibə iştirakçısı o medalı ərazilərimizin işaldan azad edilməsi uğrunda döyüşdüyünə görə alıbsa, deməli, onunla bağlı hər hansı qaranlıq sual yoxdur. Müharibədən sonra təltif edilmiş şəxlərin adı siyahıda varsa, aparılan dəqiqləşdirmələr nədən ibraətdir?
Adətən, bu və ya digər şəxslərə veteran statusu verildikdən sonra dəqiqləşdirmə aparılır ki, o ada uyğun gəlməyənlər varmı? Əksinə, orden və medalların verilməsini bəlkə də bir qədər yubatmaq olardı, amma veteran statusunun müəyyənləşməsini ləngitmək başadüşülən deyil. Fikrimcə, bununla bağlı qəti və təcili addımlar atılmalıdır”.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password