“Lavrovun regiona səfəri yeni problemlərin ortaya çıxmasına səbəb olacaq” – Rusiya çalışır ki..

 

“Rusiya XİN rəhbəri Segey Lavrovun Ermənistana və Azərbaycana səfəri əsasən, Qarabağla bağlı prosesi aktivləşdirmək və Azərbaycanı Avrasiya İttifaqına üzvlüyə cəlb etmək üçün danışıqlar aparmaqdır. İlk növbədə Rusiya çalışır ki, ABŞ-ın regiona daxil olmasının qarşısını alsın. ABŞ dövlət katibi E.Blinkenin bir müddət bundan əvvəl Ermənistana zəngi və ötən gün Azərbaycan prezidentinə zəngi Vaşinqtonun regionda maraqlarının artmasına işarədir”.

Bu barədə politoloq Məhəmməd Əsədullazadə qeyd edib.

Məhəmməd Əsədullazadə - Xankəndi, Xocavənd və Ağdərədə de-fakto... - En  yeni xeber, Son xeber, Azerbaycan xeberleri yeni, Xeberler, Media xeber

Politoloq sözlərinə görə, Lavrov ilk növbədə Qarabağda ermənilərin statusu ilə bağlı danışıqların başlanmasını təklif edəcək:

“Bundan əlavə, Türkiyənin Cənubi Qafqazda fəallığı Rusiyanı narahat edir. İlk növbədə S.Lavrov Qarabağda ermənilərin statusu ilə bağlı danışıqların başlanmasını təklif edəcək. Həmçinin Zəngəzur dəhlizinin açılması istiqamətində Azərbaycanın Avrasiya İttifaqına üzvülüyü ilə bağlı şərtlər irəli sürəcək.

Rusiya ilə Azərbaycan arasında “İsgəndər” raketləri və sülhməramlı qüvvələrin fəaliyyəti ilə bağlı problemlər var. İlk növbədə Azərbaycan Lavrovdan raketlə bağlı izahat tələb etməldir. Bundan əlavə, sülhməramlı qüvvələrin fəaliyyəti ilə bağlı konkret cavablar tələb edilməlidir. Rusiya separatçını Moskvaya aparır və onunla danışıqlar aparır. Rusiya süıhməramlıları fransalı depudatların Qarabağa keçidinə icazə verir”.

“Sergey Lavrovun regiona səfəri yeni problemlərin ortaya çıxmasına səbəb olacaq. Azərbaycan Rusiyanın heç bir layihələrində yer almaq üçün təklifə konkret cavab verməyəcək. Çünki, Rusiyanın fəaliyyəti haızrda əldə olunan razılaşmaların əlehinədir”, -.deyə M.Əsədullazadə fikirini tamamlayıb.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password