Gənclər və idman naziri Azad Rəhimov vəfat etdi
Azərbaycan Respublikasının Gənclər və İdman naziri, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Azad Rəhimov dünyasını dəyişib.
Bu barədə Gənclər və İdman Nazirliyinin Mətbuat katibi Səmayə Məmmədova bildirib.
Qeyd edək ki, Azad Arif oğlu Rəhimov 1964-cü il oktyabrın 8-də Bakı şəhərində qulluqçu ailəsində anadan olub. Tanınmlş dövlət xadimi Sadıq Rəhimovun nəvəsidir.
1981-ci ildə həmin məktəbdə orta təhsilini bitirib və həmin il Azərvaycan Dillər Universitetinin ingilis dili fakültəsinin əyani şöbəsinə daxil olub. 1986-cı ildə həmin fakültənin axşam şöbəsini bitirərək, ingilis dili müəllimi ixtisası üzrə ali təhsil alıb.
1984-cü ildə Xətai rayonu 245 saylı məktəbdə komsomol katibi vəzifəsi ilə başlayıb.
1987–1989-cu illərdə Azərbaycan LKGI Xətai rayon komitəsində şöbə müdiri,
1989–1990-cü illərdə Azərbaycan Gənclər Təşkilatları Komitəsinin sədri vəzifəsində işləyib.
1994–1998-ci illərdə “Ros-İMESKO” Məhdud Məsuliyyətli Cəmiyyətin baş direktoru,
1998-ci ildən 7 fevral 2006-cı il tarixədək “İtaldizayn” Qapalı Tipli Səhmdar Cəmiyyətin baş direktoru vəzifəsində işləyib.
Azərbaycan Respublikası Prezidentinin № 175 nömrəli, 7 fevral 2006-cı il tarixli Sərəncamı ilə Gənclər və İdman Naziri vəzifəsinə təyin edilmişdir.
Allah rəhmət eləsin!