Araik yenə başından yekə danışıb – Rusiyadan yeni təlimat alıb
Rusiya ilə birlikdə biz, yaranmış situasiyaya qarşı durmağı bacarmalıyıq, belə ki, Türkiyə Qarabağ münaqişəsi bölgəsini tərk etmək istəmir.
Bu barədə üzdəniraq qondarma qurumun “şəhərsalma nazirliyinin” əməkdaşları ilə görüşdə Azərbaycan tərəfin beynəlxalq axtarışa verdiyi hərbi cani Araik Arutyunyan bəyan edib.
Bununla bərabər, Ermənistanın və “Artsax”ın (Dağlıq Qarabağın) gələcəyini o, iki respublika arasında (bu yekabaş iki respublika deyərkən, Ermənistanı və qondarma DQR-ı nəzərdə tutub – M.A.) daha dərin hərbi-siyasi əməkdaşlıq çərçivəsində formalaşdırılmalı olan münasibətlərdə görür. «Rusiya ilə birlikdə biz, yaranmış situasiyaya qarşı durmalıyıq, belə ki, Türkiyə bölgəni tərk etmək istəmir» – Araik qeyd edib.
Onun sözlərinə görə, “Artsax” 44 günlük müharibə nəticəsində «Azərbaycanın işğal etdiyi ərazilərin geri qaytarılması istiqamətində siyasi mübarizəni davam etdirəcək».
Artıq xəbər verildiyi kimi, sözügedən hərbi cani Araik Arutyunyan bir neçə gün əvvəl Rusiyanın paytaxtı Moskva şəhərinə «səfər edib». Səfərin məqsədi və əldə olunan nəticələr barədə xəbər verilməsə də, Araikin sonrakı davranışı açıq göstərir ki, onu Moskvaya rusiyalı ağaları çağırıblar və orada separatçıya yeni təlimatlar veriblər ki, bu cür davranış Rusiyanın vasitəçi və sülhməramlı statusu ilə bir araya sığmır. Yoxsa ki, son müharibədə darmadağın olmuş Ermənistan dövlətinin qorunub saxlanması yollarını aramaq əvəzinə, yekəbaş Araik və onun «dostları» mövcud olmayana “Artsax”dan, onun sərhədlərinin bərpasından və bu yolda Rusiya ilə əməkdaşlıqdan dəm vurmazdı./azpolitika.info