“Nikol Paşinyanın bircə seçimi var” – İranlı ekspert

 

“Paşinyanın yeganə seçimi Rusiya, Türkiyə və Azərbaycandır”.

“ISNA”nın xəbərinə görə, bunu İran Prezidentinin Strateji Araşdırmalar Mərkəzinin baş elmi işçisi Vəli Kaleci bildirib.

Onun sözlərinə görə, Ermənistandakı növbədənkənar seçkilərin mövcud siyasi çıxılmaz vəziyyətdən çıxış ola bilər. “Rusiya, Türkiyə və Azərbaycan Respublikası Nikol Paşinyanın yenidən Ermənistanın Baş nazirinin olmasına üstünlük verəcəklər”.

Vəli Kalecinin fikrincə, Ermənistandakı siyasi partiyalarla mübarizədə Paşinyanın rəqiblərini üstələmək üçün seçicilərə təqdim edəcəyi çox az vəd var. “Əslində, Dağlıq Qarabağ müharibəsində məğlubiyyətindən sonra Baş nazirin partiyası üçün yeganə güclü kart atəşkəs rejimi, rabitə əlaqələrinin bərpası və nəqliyyat marşrutlarının açılmasıdır. Atəşkəs bəyanatının müddəaları yerinə yetirilərsə, Ermənistan 30 ildən sonra geosiyasi təcriddən və dalana dirənmədən çıxacaqdır”.

Analitik güman edir ki, iyunun 20-də keçiriləcək növbədənkənar seçkilərdə Nikol Paşinyan məğlub olarsa, vəziyyət fərqli olacaq. “Müxalifətin qalib gəldiyi təqdirdə, atəşkəs razılaşmasına baxmayaraq, Ermənistan bəyanatın bütün müddəaları olmasa da, bəzi şərtlərini şübhə altına ala bilər. Buna görə də, Paşinyanı hakimiyyətdə saxlamaq daha arzuolunan bir seçimdir”.

İkinci Qarabağ müharibəsindən əvvəl Paşinyanın Qərbmeyilli siyasət yürütdüyünü qeyd edən Vəli Kaleci Rusiyanın rəsmi İrəvandan narazılığının əsas səbəbini bu amildə görür. “Amma Dağlıq Qarabağ müharibəsindən sonra Rusiya ilə münasibətdə tamamilə fərqlidir, Ermənistan baş naziri artıq əvvəlki şəxs deyil, Paşinyan müharibədən sonra Rusiyaya daha yaxın olub”.

İranlı ekspertin fikrincə, ABŞ prezidenti Co Baydenin “erməni soyqırımı”nı tanıması Paşinyana inam qazandıran amildir. “Bayden administrasiyasının mövcud Ermənistan rəhbərliyinə münasibəti Tramp administrasiyasına nisbətən daha yaxşıdır”. Bununla belə, Vəli Kaleci hesab edir ki, “erməni soyqırımı”nın tanınmasına baxmayaraq, Nikol Paşinyan atəşkəs bəyanatına qeyd-şərtsiz əməl etməklə, Türkiyə ilə münasibətləri normallaşdırmalıdır. “Paşinyan nəqliyyat əlaqələrinin bərpası və dəhlizlər vasitəsi ilə Türkiyə ilə münasibətlərin normallaşmasına doğru getmək istəyir, amma bu, erməni diasporasının qətiyyətlə qarşı çıxdığı addımdır”.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password