Ərdoğan yeni hərbi müəssisənin açılışını etdi
Dünyada hərbi məhsulların texnologiyaları sürətlə dəyişir. Artıq təyyarə bombalarımız, döyüş sursatlarımız, raketlərimiz və döyüş başlıqları, partlayıcı maddələrə görə heç kimdən asılı olmayacağıq.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu fikirləri MKEK (Makina və Kimya Sənayesi İstehsalat Birliyi) Barıtsan Raket və Partlayıcı Fabrikində qurulan Energetika məhsulları İstehsalat Mərkəzinin açılış mərasimindəki çıxışında ifadə edib.
Son illər Türkiyədə istehsal sahəsində böyük uğurlar qazanıldığını diqqətə çatdıran dövlət başçısı əminliklə bildirib ki, açılışı keçirilən bu təsis sayəsində Türkiyə yeni nəsil partlayıcı maddələr istehsal etmə qabiliyyəti ilə ən üst səviyyəyə çatacaq.