İndi Türkiyə üçün əsl fürsətdir: “Şərqə, Mərkəzi Asiyaya inteqrasiya…”

“Həm də rəsmi Ankaranın rəsmi Vaşinqtondan siyasi asılılığı yoxdur”
“Ona görə də qardaş ölkə nəyəsə görə narahat olmalı deyil”
ABŞ prezidenti Co Baydenin “erməni soyqırımı” ifadəsini işlətməsindən sonra Türk dövlətləri, xüsusilə rəsmi Ankara ilə Vaşinqtonun münasibətlərinin pisləşəcəyi gözlənilir. Əslində bunun üçün kifayət qədər tutarlı səbəb var. Çünki tarix təhrif edilib, türklər ittiham olunub…
Siyasi analitik Samir Hümbətov ABŞ-la Türkiyə arasında münasibətlərin gələcəyək inkişafını belə şərh etdi:
“Hər iki dövlətin özünün siyasi və iqtisadi marağı var. Əlbəttə, ABŞ-la Türkiyə arasında əvvəlki müttəfiqlik qalmayacaq. Amma münasibətlərin tamamilə kəsiləcəyini də düşünmürəm.
Əslində, Türkiyə mövcud vəziyyətdən öz xeyrinə yararlana bilər. Bu, Şərqə, Mərkəzi Asiyaya inteqrasiya üçün əsl fürsətdir. Həm də Türkiyənin ABŞ-dan siyasi asılılığı yoxdur. Ona görə də qardaş ölkə nəyəsə görə narahat olmalı deyil”.
 Analitikin fikrincə, Baydenin sözügedən açıqlaması siyasi həmlə də ola bilər:
“O, illərin siyasətçisidir. Düşünülməmiş addım atmaz və Türkiyə ilə münasibətləri pisləşdirmək istəməz. Çünki indi ABŞ-ın Türkiyəyə ehtiyacı var. Eyni zamanda nəzərə almaq lazımdır ki, bəyanatın hüquqi əsası yoxdur, senatda müzakirəyə çıxarılmayıb və sadəcə söz səviyyəsindədir. Əgər Bayden, həqiqətən, “erməni soyqırımı”nı tanımaqda maraqlı olsa idi, onda məsələni senatda müzakirəyə çıxarardı.
Zənnimcə, bu, Ermənistanda iyunun 20-də keçiriləcək seçkilərdə Nikol Paşinyanın qalib gəlməsi üçündür. Bayden administrasiyası erməni cəmiyyətində Paşinyana qarşı müsbət imic yaratmaq istəyir. İkinci bir tərəfdən, Ermənistanda ABŞ və Rusiya arasında mövqe savaşının getdiyini də unutmamalıyıq. Yəni Baydenin bəyanatı “mövsümü” xarakter daşıyır.
Onun gələn il aprelin 24-də eyni açıqlamanı səsləndirəcəyini düşünmürəm”. /sherq.az

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password