Çempionlar Turu: Azərbaycan şahmatçıları yarımfinala yüksələ bilər

 

Şahmat üzrə norveçli dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi Çempionlar Turunun “New In Chess” adlı V mərhələsində bu gün 1/4 final mərhələsinin digər görüşləri keçiriləcək.

Azərbaycan təmsilçilərindən Teymur Rəcəbov Maqnus Karlsenlə, Şəhriyar Məmmədyarov isə Alireza Firuzca (FIDE) ilə ikinci dəfə üz-üzə gələcək.

1/4 final mərhələsindəki ilk görüşünü qara fiqurlarla oynayan Rəcəbov bütün partiyalarda rəqibi ilə sülhə razılaşıb.

Məmmədyarov isə 1/4 finala qələbə ilə başlayıb. İlk partiyada ağ fiqurlarla Firuzcadan güclü olan 36 yaşlı qrossmeyster növbəti 2 qarşılaşmada heç-heçə edib. Sonuncu görüşdə qara fiqurlarla rəqibini məğlub edən Məmmədyarov qələbəsini rəsmiləşdirib.

Bugünkü qarşılaşmaların ardından qalib müəyyənləşməsə, tay-brek oynanılacaq. Rəcəbov bu gün ilk görüşünü qara, Məmmədyarov isə ağ fiqurlarla oynayacaq. Rəcəbov yarımfinala yüksəlmək üçün Karlseni məğlub etməlidirsə, Məmmədyarova heç-heçə də bəs edəcək.

1/4 finalın ilk günündə qeydə alınan nəticələr

Maqnus Karlsen (Norveç) – Teymur Rəcəbov – 2:2

Şəhriyar Məmmədyarov – Alireza Firuzca (FIDE) – 3:1

Levon Aronyan (Ermənistan) – Uesli So (ABŞ) – 3:1

Le Kuanq Lyem (Vyetnam) – Hikaru Nakamura (ABŞ) – 1,5:2,5

Qeyd edək ki, Şəhriyar Məmmədyarov təsnifat mərhələsini 9,5 xalla 3-cü, Teymur Rəcəbov isə 8,5 xalla 8-ci pillədə başa vuraraq, pley-offa vəsiqə qazanıb. Ümumi mükafat fondu 100 000 ABŞ dolları olan turnirə mayın 2-də yekun vurulacaq. Qalib 30 000 ABŞ dolları qazanacaq.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password