ABŞ-ın İrəvandakı səfiri: Bakıya yardım edilib

 

Ermənistan və Türkiyənin barışmasına maraq artıq çoxdan mövcuddur. Bu, bütün regiona – Ermənistan, Türkiyə, Azərbaycan, Gürcüstana fayda gətirəcək. Bu, çox vacib məsələdir.

Bunu ABŞ-ın Ermənistandakı səfiri Lin Treysi deyib.

“Bu məsələdə Minsk Qrupu çox vacib rol oynaya bilər. Dediyim kimi, məsələlərin Minsk Qrupu vasitəsilə həll edilməsinə ümid edirəm. Bunun sayəsində biz daha ciddi barışıq problemlərinin həllinə nail ola bilərik”, – deyə o bildirib.

Treysi Qarabağda müharibənin dayanmasında Rusiyanın vacib rolu olmasına baxmayaraq, həll edilməsi gərəkən çoxlu vacib məsələlərin qaldığını söyləyib. Səfir həmçinin ABŞ-ın Bakıya hərbi yardım etmədiyini də bildirib:

“Hərbi yardım yox, terrorizmlə mübarizə üçün yardım! Bu, Azərbaycana İranla sərhədinin təhlükəsizliyinin təmini, ABŞ və Azərbaycanı narahat edən antiterror problemlərinin həllinə dəstək üçün verilib”.

ABŞ səfiri Ermənistanın KTMT-yə üzvlüyünün Vaşinqtonun İrəvana hərbi yardım etməsinə məhdudiyyət yaradan əsas amil olduğunu qeyd edib. Treysi məhz bu üzvlüklə əlaqədar Ermənistana silah satışının gerçəkləşdirilmədiyini bildirib./axar.az

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password