İkincisi Xankəndidə açılsın – Kuznetsovdan təklif

 

Azərbaycanlı dostlarımın səhifələrinə baxıram, görürəm ki, Qarabağın yollarında və düzənliklərində Ermənistan ordusunun tərk etdiyi çoxsaylı döyüş texnikası qalıb.

Bunu rusiyalı tarixçi və politoloq Oleq Kuznetsov qeyd edib.

“Hesab edirəm ki, bu, ikinci Qənimətlər Muzeyinin açılmasına kifayət edəcək. Orada həmçinin Qarabağın “hərbi sənayesi”nın istehsal etdiyi eybəcərlikləri toplamaq lazımdır. Mən onları Alxanlıdan Hadruta gedən yol boyunca görmüşəm.

İndi yalnız bir sualı cavablamaq qalır: muzeyi harada yerləşdirək – Gəncədə, ya Xankəndidə?” – Kuznetsov bildirib.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password