Cavad Zərif Sergey Lavrovla niyə kobud və sərt danışıb…

 

İran KİV-ləri xarici işlər naziri Cavad Zərifin yayımlanmamış müsahibəsinin sensasion səs yazısını yayıb. Həmin müsahibədə nazir İnqilab Keşikçiləri Korpusunun komandanı, ötən ilin yanvarında Bağdad aerportu yaxınlığında ABŞ-ın raket zərbəsi ilə öldürülən general Qasım Süleymanidən şikayətlənib. Habelə Rusiyanın Qərblə İran arasında əldə edilmiş nüvə razılaşmasını pozmaq cəhdlərindən bəhs edib.

Bildirilir ki, müsahibəni hələ mart ayında hökumətin iqtisadi blokuna yaxın olan jurnalist Səid Laylaz götürmüşdü. Plana görə müsahibə iyunun 18-nə təyin edilmiş prezident seçkilərindən sonra yayımlanmalıydı. Nazirin 3 saatlıq müsahibəsinin audiofaylı “İran İnternational” telekanalının redaksiyasına sızdırılıb.

Cavad Zərif deyir ki, general Süleymani ilə 2015-ci ildə Moskva əlaqə yaradıb və onunla danışıqlara başlayıb. Danışıqların məqsədi həmin günlərdə İranın nüvə proqramına dair beynəlxalq sövdələşməni Süleymaninin əli ilə pozmaq idi. Zərif bildirir ki, Moskva nüvə razılaşmasının imzalanmasından 10 gün sonra onu sabotaj etmək üçün Süleymanini Moskvaya çağırıb.

“Bu səfər Moskvanın təşəbbüsü idi və İran Xarici İşlər Nazirliyi heç cür ona təsir edə bilmədi. Səfərin məqsədi nüvə sövdələşməsinin pozulması idi”,-Cavad Zərif deyir. Əlavə edir ki, Rusiya İran XİN-in diplomatik nailiyyətini məhv etmək istəyirdi. Nazir bu səbəbdən rusiyalı həmkarı Sergey Lavrovla “kobud və qeyri-diplomatik dildə” danışmalı olub.

Məhəmməd Cavad Zərif deyir ki, əslində Rusiya nüvə razılaşmasının qarşısını hələ danışıqlar mərhələsində almağa çalışırdı. Və imza mərasiminə bir həftə qalmış öz cəhdlərini artırmışdı. “Ruslar düşünmürdülər ki, sövdələşmə baş tutacaq. İranla ABŞ başda olmaqla Qərb arasında münasibətlərin normallaşması Rusiyanın maraqlarında deyildi, məhz buna görə sövdələşmə onların maraqlarına cavab vermirdi”,-Cavad Zərif deyib.

Nazir bildirir ki, general Süleymani tez-tez diplomatik proseslərə müdaxilə edirdi və onun dediklərinə qulaq asmırdı. Müharibə həmişə diplomatiyaya üstün gəlirdi./virtualaz.org

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password