“Pəncə-İldırım” əməliyyatı: “Bu, terrorçulara və qlobal güclərə mesajdır”

Türkiyənin müdafiə naziri Hulusi Akar Türk Silahlı Qüvvələrinin yüksək rütbəli zabitləri  ilə “Pəncə-İldırım” əməliyyatının icra mərkəzindəki vəziyyətlə yerində tanış olmaq üçün İraq sərhəddinə gəlib. Hulusi Akarla yanaşı Türk Silahlı Qüvvələrinin daha bir neçə yüksək rütbəli zabiti Hakkarinin Yüksəkova bölgəsindəki 3-cü Piyada Tümən Komandanlığında olub. H.Akara İraqın cənubunda terror qruplaşmasına yönəlik, Avaşin-Basyan bölgəsində keçirilən “Pəncə-İldırım” anti-terror əməliyyatının gedişi ilə bağlı məlumat verilib.
Türkiyəli ehtiyatda olan general Yücel Karauz əməliyyatlar barədə danışıb.
O,bildirib ki, “Məqsəd İraqın şimalında yaradılan dəhlizi dağıtmaq, oradakı terrorçuları zərərsizləşdirmək və separatçıları sərhədlərdən uzaqlaşdırmaqdır. Bunun üçün 6 bölgədə əvvəlcə hərbi hava qüvvələri hücuma keçdilər.
Ardınca isə peşəkar zabitlərin rəhbərliyi ilə xüsusi təyinatlı qoşunlar anti-terror əməliyyatına başladılar. Bu, Türkiyənin Suriyada və İraqda terrorçulara qarşı mübarizəsinin qətiliyini göstərir.
Onu da deyim ki, əməliyyatların aprelin 24-də- ABŞ prezidenti Co Baydenin qondarma erməni soyqırımını tanıdığı gün başlaması Türkiyənin həm terrorçulara, həm də qlobal güclərə mesajıdır. Allah türk əsgərinin köməyi olsun!”.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password