Ermənistan bununla beynəlxalq normaları pozub – Çavuşoğlu

 

Beynəlxalq konvensiyalara görə, silahlı münaqişələrdə tərəflərin müharibə qaydaları və tətbiq olunan vasitələrdən istifadə məsələsində məhdudiyyətlər var. Digər qanunsuzluqlarla bərabər qadağan olunmuş silahlardan istifadə edən Ermənistan Azərbaycana qarşı işğalçılıq siyasəti və müharibə cinayətləri ilə beynəlxalq hüququn bütün normalarını pozub.

Bu fikirləri Türkiyə Böyük Millət Məclisi İnsan Haqlarının Araşdırılması Komissiyasının sədri, Ədalət və İnkişaf Partiyasından olan deputat Hakan Çavuşoğlu Türkiyə parlamentində təşkil olunan “İkinci Qarabağ müharibəsi və Ermənistanın müharibə cinayətləri” mövzusunda panel müzakirədəki çıxışında ifadə edib.

Hakan Çavuşoğlu Azərbaycanın Qarabağ bölgəsinin tarixindən, erməni toplumunun bu bölgədə qanunsuz məskunlaşdırılmasından, keçmiş sovetlər birliyi dövründə bölgəyə əsassız olaraq muxtariyyət verilməsindən söz açıb. Bildirib ki, ermənilər yerləşdikləri Azərbaycan torpaqlarına sonralar iddialarla çıxış edib və işğalçı siyasət yürüdüb. Nəticədə bir milyondan çox azərbaycanlı yurd yerindən qaçqın-köçkün düşüb, Xocalı şəhərində Azərbaycan xalqına qarşı soyqırımı törədilib.

Müasir dövrdə dünya birliyi tərəfindən tanınmış dövlət sərhədlərini pozmağın, əsassız ərazi iddialarının beynəlxalq hüquqla cinayət tərkibli fəaliyyət olduğunu diqqətə çatdıran deputat deyib: “Ötən il 44 günlük müharibənin başvermə səbəbi Ermənistanın işğalçılıq siyasəti və Azərbaycana qarşı davamlı hərbi hücumlarıdır. Təcavüzkar Ermənistan müharibə dövründə Azərbaycanın yaşayış məskənlərini, dinc əhalini, infrastrukturu, kommunikasiyaları məqsədli şəkildə artilleriya və raket atəşinə tutmaqla, eləcə də qadağan olunmuş silahlar, ballistik raketlər tətbiq etməklə ağır müharibə cinayətləri törədib”.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password