Bayden “soyqırım” deməzdən öncə Ərdoğana niyə zəng etdi?

 

ABŞ Prezidenti Co Bayden 1915-ci il hadisələrini “erməni soyqırımı” kimi tanıdığını açıqladı. “Erməni soyqırımı” ifadəsini işlədən Bayden dərhal ardından deyib: “Bu ifadəni günahlandırmaq üçün deyil, təkrarlanmasın deyə istifadə edirik”.

Baydenin bu fikri faktiki olaraq “soyqırım” ifadəsinin mahiyyətini büsbütün dəyişir. Yəni Bayden demək istəyir ki, bəli, ermənilərə “soyqrım” edilib, lakin bu “soyqrım”ın günahkarı heç də türklər deyil.

Bayden ağıllı və təcrübəli siyasətçidir. Onun ikibaşlı və çoxmənalı ifadəsi bunu bir daha sübut edir. Bayden əslində “bu ifadəni günahlandırmaq üçün deyil, təkrarlanmasın deyə istifadə edirik” deyərək türkləri ittiham etmədiyini açıq şəkildə bildirdi.

Ukraynanın şərqində baş verən hadisələr fonunda ABŞ Prezidenti Co Baydenin 1915-ci il hadisələrini “erməni soyqırımı” kimi tanıması riskli, hətta təhlükəli bir addımdır. Lakin Bayden kimi təcrübəli bir siyasətçi çətin ki, yüz ölçüb, bir biçmədən belə bir addımı atsın. Xüsusilə də bu adımın rəsmi Ankaranı nə qədər qəzəbləndirəcəyi və Kremlin əlini gücləndirəcəyini Bayden yaxşı anlayır.

Baydenin 1915-ci il hadisələrini “erməni soyqırımı” kimi tanımadan öncə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı baş tutub. Liderlər ikitərəfli və regional məsələlərin bütün spektrlərini müzakirə etmək üçün NATO-nun iyunda keçiriləcək sammitində şəxsən görüşməklə bağlı razılaşıblar. Maraqlı məqam budur ki, Bayden telefon danışığı zamanı qondarma soyqırımı tanıyacağını bildirməsinə rəğmən Ankara ilə bu razılıqlar əldə edilib. Bu zaman belə bir nəticəyə gəlmək olar ki, Baydenlə Ərdoğan arasında ciddi razılıq olub. Bu razılıq Suriya, İraq, Şərqi Aralıq və ya Qarabağla bağlı ola bilər.

Nəticə etibarilə Bayden Ərdoğana ciddi bir vəd və ya güzəşt təklif etməsə idi, Ankaranın Baydenin 1915-ci il hadisələrini “erməni soyqırımı” kimi tanımasına reaksiyası daha ağır və daha sərt olardı. Xüsusilə də rəsmi Vaşinqtonun Ukraynanın şərqində baş verən hadisələrə görə Ankaraya hava, su qədər ehtiyacı olduğu bir vaxtda.

Bayden-Ərdoğan telefon danışığının təfərrüatını bilən 3-cü şəxs

ABŞ Prezidenti Co Bayden 1915-ci il hadisələrini “erməni soyqırımı” kimi tanıdığını açıqlaması Türkiyə qədər Azərbaycanı da məyus etdi. Təsadüfi deyil ki, bu açıqlamanın ardınca, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub.

Hesab edirəm ki, Prezident Ərdoğan Prezident İlham Əliyevə Baydenlə telefon danışığının məğzini açıqlayıb. Səbəb isə iki qardaş ölkənin atacağı addımlar, eyni zamanda Qarabağla bağlı yuxarıda xatırlatdığımız məsələnin müzakirəsidir.

Baydenin “soyqırım” sözündən saatlar öncə Türkiyənin PKK-nın kökünü kəsmək üçün Şimali İraqda böyük əməliyyata başlaması və terror təşkilatına ağır zərbə vurması da diqqətdən qaçmamalıdır…/axar.az

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password