Azərbaycan Həkimləri Birliyi bəyanat yaydı

Azərbaycan Həkimləri İctimai Birliyi COVID-19 pandemiyası ilə mübarizə üçün ayrılmış “Yeni klinika”, Fövqəladə Hallar Nazirliyinin Modul tipli xəstəxanasında və digərlərində baş verən hadisələrlə bağlı bəyanat yayıb.
Bu barədə professor Adil Qeybulla məlumat verib. Bəyanatda bildirilir ki, AHİB ifşa olunan korrupsiya hallarını, hüquqi təsdiqini taparsa, qətiyyətlə pisləyir və onu dövlətin pandemiya ilə mübarizə siyasətinə zərbə və çarəsiz xəstələrin durumundan sui-istifadə kimi dəyərləndirir:
“Təşkilat olaraq istintaqın obyektiv, ədalətli aparılmasına ümid edir və onun nəticələrinin ictimaiyyətə açıqlanmasını vacib hesab edirik. Xüsusilə vurğulamaq istərdik ki, bu cür neqativ hallar pandemiya ilə mübarizədə fədakarlıq göstərmiş, dəfələrlə xəstələnmiş, şəhid olmuş yüzlərlə həkimlərimizin təqdirəlayiq əməyinə kölgə sala bilməz”.
Adil Qeybulla qeyd edib ki, bu cür neqativ halların qarşısının alınması üçün aşağıdakıları vacib hecab edirik:
1. Səhiyyə islahatlarını tezliklə başa çatdırmaq və onun Qərb standartlarına yaxınlaşdırmaq;
2. İcbari Tibb Sığortanın ölkə boyu tətbiqi prosesini sürətləndirmək və bu sahədə əhalinin maarifləndirmə işlərini intensivləşdirmək, ictimai nəzarəti və şəffaflığı təmin etmək;
3. Səhiyyədə şəffaflığa yol açan mərkəzləşdirilmiş sistem yaratmaq;
4. Həkimlərin və tibb işçilərinin, həmçinin tibb kadrları hazırlayan professor-müəllim heyətinin maddi rifahını yaxşılaşdırmaq üçün tədbirlər görmək;
5. Pandemiya ilə mübarizə səngərində şəhid olmuş həkimlərimizin xatirəsinin əbədiləşdirilməsi üçün onlara şəhid statusu verilməsi məsələsinə baxmaq”.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password