Zelenski fərman imzaladı:”Ukraynada hərbi səfərbərlik…”

“Mayın 1-dən sonra ən azı Donbası və Luqanskini Rusiyanın nüfuz dairəsindən çıxara bilər” 
\Rusiya qoşunlarını Ukrayna sərhədlərindən geri çəkir. Bu barədə Müdafiə naziri Serqey Şoyqu məlumat verib.O, qeyd edib ki, Rusiyanın Cənub və Qərb hərbi dairələrinin qoşunları Krım da daxil olmaqla cənub sərhədlərindəki daimi yerləşmə nöqtələrindən 23 aprel tarixindən etibarən geri çəkiləcək. Qoşunların geri çəkilmə müddəti mayın 1-nə qədər davam edəcək:“Hesab edirəm ki, qəfil yoxlamanın məqsədlərinə tam şəkildə nail olunub. Qoşunlar ölkə üçün etibarlı müdafiə təmin etmək qabiliyyətini nümayiş etdirdi. Bu baxımdan Cənub və Qərb hərbi bölgələrində yoxlama fəaliyyətlərini tamamlamaq üçün qərar verdim”.
O, Rusiya Silahlı Qüvvələrinin “Rusiya sərhədləri yaxınlığında vəziyyətlə bağlı bütün dəyişikliklərə adekvat reaksiya verdiyini” vurğulayıb.Qoşunların çıxarılması xəbərindən dərhal sonra Rusiya valyutası həm dollara, həm də avroya nisbətdə bahalaşıb.
Rəsmi Moskvanın atdığı addımla bağlı danışan siyasi elmlər doktoru, politoloq Cümşüd Nuriyevin fikrincə, Rusiya qoşunlarının Ukrayna sərhədlərindən geri çəkilməsi indiki siyasi durumla bağlıdır:
“Qoşunlar 1 həftə ərzində geri çəkilirsə, deməli, orada ordu, döyüş texnikası və silah-sursat yığılıb. Bu, birmənalı şəkildə Ukraynanın müharibəyə hazırlığı idi. Amma bölgədə xüsusilə Qara dənizdə sülhün bərqərar olması üçün Türkiyə çox ciddi mövqe tutdu və Ukraynanın ərzi bütövlüyünü dəstəklədi. Eyni zamanda bütün Avropa Rusiyanın üzərinə gəldi. Polşanın da Rusiyaya qarşı mövqeyi çox sərtdir. Putin bütün dünya ilə müharibə apara bilməzdi”.
C.Nuriyev hesab edir ki, Putin hələlik məqsədindən çəkinməsə də, siyasi marağından geri çəkilmək məcburiyyətində qalıb:
“Ukraynanın isə bu durumdan necə yaranlanmasına dair məsələ gündəmə gəlir. Ukrayna ərazi bütövlüyünü bərpa etməyə çalışsa, uğur qazana bilər. Yəni, mayın 1-dən sonra ən azı Donbası və Luqanskini Rusiyanın nüfuz dairəsindən çıxara bilər.
Ukraynada birmənalı şəkildə hərbi səfərbərlik elan olunub, Zelenski hərbi mükəlləfiyyətli hər kəsin orduya çağırılması üçün fərman imzalayıb. Bir məqamı nəzərdən qaçırmaq olmaz: Rusiyanın daxilində gərginlik həddindən artıq çoxalıb. Eyni zamanda hakimiyyətdaxili çəkişmələr də pik həddə çatıb. Xüsusilə, hakimiyyətdəki bütün şəxslərin Sankt-Peterburqdan olması ilə Putin yerliçilikdə ittiham edilir.
O, Rusiyanın daxilində yerlibazlıq etməklə, korrupsiya və rüşvətin yüksək səviyyəyə çatmaqda ittiham olunur. Rusiyanın resurslarının dağıldılması məsələsi də var.
Çünki dünya resurslarının 21 faizi Rusiyanın ərazisindədir. Amma bu qədər resursları olan dövlət pis gündədir. Halbuki, ABŞ da dünya resurslarının 21 faizinə nəzarət edir, lakin orada yaşayış səviyyəsi çox yüksəkdir. Amerika bütün hallarda bu resurslardan xalqı üçün istifadə edir. Amma Rusiyadakı resurslar Putinə yaxın olan adamların əlindədir. Ona görə də Putinin bunları götür-qoy edəndən sonra ordusunu Ukrayna sərhədlərindən geri çəkməsi gözlənilən idi.
Ümid edək ki, o, bir də Ukrayna ilə bağlı belə bir addım atmaq qərarına gəlməz”./sherq.az

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password