Rusiyanın ABŞ-a mesajı: dünyanı yenidən bölək – KİV

 

Yeddi il öncə kansler Angela Merkel Rusiya lideri ilə Ukraynadakı müharibənin sona çatması barədə danışıqlar aparmağa çalışdı. Daha sonra ABŞ Prezidenti Barak Obamaya Vladimir Putin barədə danışdı: “O, paralel bir dünyada yaşayır”. Bu indi də belədir.

Bu barədə Polşanın “Rzeczpospolita” nəşrində dərc olunan analitik yazıda bildirilib.

“Putin nüvə silahsızlaşmasına dair yeni bir razılaşma üçün Belarus və Ukraynanın təsir dairəsində olmasını istəyir. Düzdür, 7 ildir müharibə şəraitində olan Kiyevə necə diktə edəcəyi barədə heç bir şey deməyib. Ancaq Kreml elitasının ümumi fikirini nəzərə alsaq, bu prosesi təsəvvür etmək olar.

Öz iradəsini ukraynalılara göstərən Putin Vaşinqtona işarə verir: Yalnız onunla birlikdə imperatorluğunun sərhədlərini çəkəcək! Moskva böyük gücləri tanıyır və düşünür ki, kiçiklər itaət etməlidir. Vaşinqton Ukraynadakı “imperialist əlaltıları”na Vladimir Putinə təzim etmələrini əmr etməlidir və Rusiyanın fikrincə, bu, kifayətdir”, – məqalədə qeyd olunub.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password