Aİ Azərbaycanda yeni layihənin icrasına başlayır

 

Aprelin 19-da Avropa İttifaqı (Aİ) və BMT-nin İnkişaf Proqramı (UNDP) Azərbaycanda müasir, innovasiyayönümlü və dayanıqlı vətəndaş cəmiyyətinin formalaşdırılması üçün üçillik layihəyə başlayıb.

Aİ-nin yaydığı məlumata görə, Aİ-nin ayırdığı 3 milyon avro həcmində maliyyə dəstəyi ilə vətəndaş cəmiyyəti təşkilatlarının potensialı artırılacaq və onların qərar qəbuletmə proseslərində, yerli inkişaf və sosial innovasiyalar sahəsində fəal iştirakına dəstək veriləcək.

Aİ-nin Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas layihənin açılışı münasibətilə keçirilən onlayn tədbirdə belə deyib:

“Aİ-nin təcrübəsi göstərir ki, müasir cəmiyyətin qurulması yalnız insan kapitalının inkişafının hərtərəfli dəstəklənməsi, sosial sahibkarlıq və vətəndaş təşəbbüslərinin artırılması vasitəsilə vətəndaş cəmiyyətinin inkişafına şərait yaratmaqla mümkündür”.

Qeyd edək ki, tədbirə 50-dən artıq yerli vətəndaş cəmiyyəti təşkilatı, sosial müəssisələr və fəal icma qruplarının nümayəndələri qatılıb.

Növbəti aylarda layihə çərçivəsində vətəndaş cəmiyyəti təşkilatları üçün xüsusi işlənib hazırlanan təhsil proqramları, eləcə də kiçik qrant proqramlarının təşkili nəzərdə tutulub.

Layihə 2023-cü ilə qədər davam edəcək.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password