TƏBİB rəhbərliyində gecə həbsləri – Korrupsiya İdarəsi baş həkimləri saxladı

 

Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi bu gecə TƏBİB-də əməliyyat keçirib, həbslər var.

Bu barədə mötəbər mənbədən məlumat daxil olub.

Məlumatda bildirilir ki, əməliyyat nəticəsində TƏBİB rəhbərliyinə daxil olanlar, o cümlədən koronaviruslu xəstələrin müalicə olunduğu xəstəxanaların baş həkimləri saxlanılıb. Saxlanılanlar arasında “Yeni klinika” tibb müəssisəsinin direktoru Pərviz Abbasov və FHN-in Zığda yerləşən modul tipli xəstəxanasının baş həkimi İmran Ağayevin də olduğu bildirilir.

Məlumata görə, onlar gecəni Nərimanov Polis İdarəsinin müvəqqəti saxlanma mntəqəsində keçiriblər, bu gün məhkəmə önünə çıxarılacaqları gözlənilir.

TƏBİB-in İctimaiyyətlə əlaqələr şöbəsinin məsləhətçisi Elnarə Baxış  həbslərlə bağlı sorğusuna cavab olaraq bildirib: “Bununla bağlı bizdə hər hansı məlumat yoxdur”.

Daha ətraflı bir qədər sonra./azpolitika.info

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password