TƏBİB rəhbərliyində gecə həbsləri – Korrupsiya İdarəsi baş həkimləri saxladı
Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi bu gecə TƏBİB-də əməliyyat keçirib, həbslər var.
Bu barədə mötəbər mənbədən məlumat daxil olub.
Məlumatda bildirilir ki, əməliyyat nəticəsində TƏBİB rəhbərliyinə daxil olanlar, o cümlədən koronaviruslu xəstələrin müalicə olunduğu xəstəxanaların baş həkimləri saxlanılıb. Saxlanılanlar arasında “Yeni klinika” tibb müəssisəsinin direktoru Pərviz Abbasov və FHN-in Zığda yerləşən modul tipli xəstəxanasının baş həkimi İmran Ağayevin də olduğu bildirilir.
Məlumata görə, onlar gecəni Nərimanov Polis İdarəsinin müvəqqəti saxlanma mntəqəsində keçiriblər, bu gün məhkəmə önünə çıxarılacaqları gözlənilir.
TƏBİB-in İctimaiyyətlə əlaqələr şöbəsinin məsləhətçisi Elnarə Baxış həbslərlə bağlı sorğusuna cavab olaraq bildirib: “Bununla bağlı bizdə hər hansı məlumat yoxdur”.
Daha ətraflı bir qədər sonra./azpolitika.info