Türkiyənin Azərbaycandakı yeni səfiri fəaliyyətə başlayıb

 

Türkiyənin Azərbaycandakı yeni səfiri Cahit Bağçı səlahiyyətlərinin icrasına başlayıb.

Bu barədə diplomatik nümayəndəliyin tviter səhifəsində bildirilib.

“Səfir Cahit Bağçı aprelin 19-da Bakıya gəlib və diplomatın səfirlikdə qarşılanma mərasimi keçirilib. Səfir kollektivə təqdim olunduqdan sonra səlahiyyətlərinin icrasına başlayıb”, – paylaşımda qeyd olunub.

Qeyd edək ki, Cahit Bağçı 1964-cü il iyunun 25-də Türkiyənin Çorum əyalətinin Osmancık rayonunda anadan olub. Orta Doğu Texniki Universitetinin Sosiologiya fakültəsini bitirib. Doktorluq işini Böyük Britaniyanın Mançestr Universitetində müdafiə edib. 1988-ci ildə Dövlət Planlaşdırma Təşkilatının Sosial Planlaşdırma İdarəsində işləməyə başlayıb. Türkiyə Böyük Millət Məclisinə XXIII, XXIV və XXV çağırışlarda Çorumdan millət vəkili seçilib. Türkiyə-Avropa İttifaqı parlament komissiyasının üzvü olub.

Türkiyə Prezdenti Rəcəb Tayyib Ərdoğanın aprelin 3-də imzaladığı sərəncamı ilə Azərbaycana səfir təyin olunub.

Evlidir, 3 övladı var.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password