“Kreml erməni oliqarxların mülki təyyarələrdə silah daşımasına şərait yaradıb” – SİRRLƏR AÇILIR

 

Prezident İlham Əliyevin Zəngəzur dəhlizi ilə bağlı səsləndirdiyi mühüm fikirlər dövlət başçısının qətiyyətini və siyasi iradəsini bir daha ortaya qoydu. Prezident bildirdi ki, Zəngəzur dəhlizinin yaradılması bizim milli, tarixi və gələcək maraqlarımıza tam cavab verir: “Biz Zəngəzur dəhlizini icra edəcəyik, Ermənistan bunu istəsə də, istəməsə də. İstəsə, daha asan həll edəcəyik, istəməsə də zorla həll edəcəyik”.

Mövzunu şərh edən politoloq Elxan Şahinoğlu Prezident İlham Əliyevin müsahibəsindən gəldiyi qənaəti belə izah edib:

1. Rusiya “İskəndər” raketlərinə aydınlıq gətirmək istəmir, çünki cinayətini etiraf etməyə həvəsi yoxdur;

2. Kreml Rusiyadakı erməni oliqarxların mülki təyyarələrdə Ermənistana silah daşımasına şərait yaradıb;

3. Rusiya mətbuatı Azərbaycana qarşı təxribatçı mövqedən çıxış edərək “İskəndər” raketinin qalıqlarının guya Suriyadan gətirilərək Şuşada yerləşdirdiyini yazmaqla ermənilərə “informasiya” dəstəyi verib.

4. Rəsmi Bakının əlində “İsgəndər” raketlərinin Şuşaya atılmasıyla bağlı başqa faktlar da var və işin içində yenə Rusiya mövcuddur.

Elxan Şahinoğlu əlavə edib ki, İlham Əliyev müsahibəsində bir neçə dəfə Rusiya haqqında strateji tərəfdaş ifadəsi işlətdi, ancaq hər dəfəsində əlavəsini də unutmadı: “Tərəfdaşlar bir-biri ilə səmimi davranmalıdırlar”. Rusiya səmimi davranmırsa strateji tərəfdaş ifadəsi, tərəfdaş sözü ilə əvəzlənməlidir”.

 

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password