İran İslam İnqilabı Keşikçiləri Korpusunun daha bir generalı ÖLDÜ
İran İslam İnqilabı Keşikçiləri Korpusunun generalı Məhəmməd Əli Haqq ölüb.
Bu məlumat müxtəlif İran KİV-lərində və sosial şəbəkələrin İran seqmentində yerləşdirilib. Onun koronovirusdan öldüyü bildirilib.
Rəsmi mənbələr məlumatı hələlik təsdiqləməyib.
Qeyd edək ki, Əli Haqq Suriya və İraqda SEPAH-ın məxfi əməliyyatlarının aparılmasında iştirak edən əsas şəxslərdən biri sayılırdı.
Xatırladaq ki, bundan 4 gün öncə SEPAH-ın Qüds briqadasının komandanının müavini general Məhəmməd Hicazi ürək tutmasından vəfat etmişdi.