UEFA prezidentindən AVRO-2020 açıqlaması
UEFA Dublin, Münhen və Bilbao üçün AVRO-2020-də azarkeşlərin stadionlara girişinə zəmanətlə bağlı son tarixi 23 aprelə təxirə salıb.
Bu barədə Avropa futbol qurumunun prezidenti Aleksander Çeferin mətbuat konfransında jurnalistlərə açıqlamasında bildirib.
Sloveniyalı fuksioner qərarın cümə günü açıqlanacağını söyləyib.
Qeyd edək ki, koronavirus pandemiyasına görə təxirə salınmış AVRO-2020-yə Sankt-Peterburq (Rusiya), London (İngiltərə), Münhen (Almaniya), Roma (İtaliya), Buxarest (Rumıniya), Dublin (İrlandiya), Kopenhagen (Danimarka), Bilbao (İspaniya), Qlazqo (Şotlandiya), Budapeşt (Macarıstan) və Amsterdam (Niderland) şəhərləri də ev sahibliyi etməlidir. Oyunlar bu il iyunun 11-dən iyulun 11-dək keçirilməlidir.
Təqvimə əsasən, Bakı Olimpiya Stadionu A qrupunun İsveçrə – Uels, Türkiyə – Uels və Türkiyə – İsveçrə qarşılaşmalarına, eləcə də 1/4 final mərhələsinin 1 oyununa ev sahibliyi edəcək. 4 oyununun hər birində ümumi tamaşaçı tutumunun 50 faizi qədər azarkeş iştirak edə biləcək.