“Ağdam-Şuşa yolu açılmayıb,ermənilər qəsəbələr salırlar” – Millət vəkili

 

“Hər kəsin öz tələbləri və ərazisi var. Mən inanmıram ki, Azərbaycan, qalib gəlmiş bir dövlət hansısa bir ədalətsiz sülhə imza atsın”.

Bunu Milli Məclisin Müdafiə, Təhlükəsizlik və Korrupsiya ilə mübarizə Komitəsinin üzvü Aqil Abbas da “Turan” Agentliyinə açıqlamasında deyib. O, bildirib ki, hamı sülh istəyir, amma sülh ədalətli olmalıdır.

Aqil Abbas: "Azərbaycanda Səhiyyə Nazirliyi yoxdur", General-mayor Polad  Həşimovun adına Qəbələdə küçə - BBC News Azərbaycanca

Komitə üzvü vurğulayıb ki, Ermənistan 10 noyabr bəyanatının bütün şərtlərini hələ ki, yerinə yetirməyib: «Azərbaycanlılar hələ ki, öz evlərinə qayıda bilməyiblər. Hələ ki, Ağdam-Şuşa, Ağdam-Kəlbəcər yolu açılmayıb. Ermənilər bu vurhavurda qəsəbələr salırlar”

Onun deməsinə görə, əvəzində Ermənistandan erməniləri Xankəndinə köçürürlər: “Belə olan halda hansı sülhdən danışırıq?»

Deputatın fikrincə, yol xəritəsindən bəlkə də danışmaq olar, amma indiki şəraitdə sülh sazişindən danışmaq mümkün deyil: «Hələ əvvəlki bəyanatı icra etsinlər, sonra isə sülhdən əlbəttə ki, danışacayıq. Bütün müharibələr axırda sülhlə bitir».

A.Abbas Azərbaycanın Avrasiya İqtisadi Birliyinə qoşulub-qoşulmaması ilə bağlı müzakirələrə də münasibət bildirib. O vurğulayıb ki, Azərbaycanın bu birliyə qoşulacağına inanmır: «Çünki əgər Ermənistan ordadırsa və aramızda sülh müqaviləsi yoxdur, Ermənistanla biz bir ittifaqdamı olacayıq? Bu mümkün deyil».

Deputat qeyd edib ki, artıq başqa ittifaqdan söhbət gedir: «Artıq Türkiyə prezidenti Rəcəb Təyyib Ərdoğan da bunu deyib. Söhbət Türk Dövlətlər Birliyindən, Türk Şurasından gedir. Biz bir ittifaqda birləşməliyik, tək qalmalı deyilik ki. Noyabrda İstanbulda Türk Dövlətlər Birliyi məsələsi müzakirə olunacaq».

 

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password