Zaqataladan Əhmədzadələrin pulunun üstünə pul yığan Məmməd Şitayev kimdir?

 

Hələ 10-15 il əvvəl başlanılmış, Azərbaycanda regionların inkişafı Dövlət Proqramına uyğun olaraq, hər yerdə olduğu kimi Zaqatala rayonunda da bir sıra işlər görülüb, təhsil, səhiyyə müəssisələrinin, inzibati binalarının, yeni yolların tikintisi və əsaslı təmir işləri aparılıb, su və kanalizasiya sisteminin çəkilişi həyata keçirilib.Rayon mərkəzində Heydər Əliyev parkı müasir üslubda yenidən qurulub və parkın ərazisində ümummilli lider Heydər Əliyevin abidə kompleksi ucaldılıb.Burada Heydər Əliyev Mərkəzi,o cümlədən Beynəlxalq Hava Limanı,Olimpiya İdman Kompleksi, Müalicə- Diaqnostika Mərkəzi tikilərək istifadəyə verilmiş, rayon Mərkəzi Xəstəxanası, 3500 yerlik şəhər stadionu, rayon Mədəniyyət Mərkəzi əsaslı təmir olunmuş, əlil və şəhid ailələri üçün yaşayış binası inşa edilmişdir.

Sözügedən bu abadlaşma və yenidənqurma işlərinə Dövlət Proqramı çərçivəsində nə qədər vəsaitin ayrıldığı bizə bəlli deyil. Amma onu deyə bilərik ki,təkcə 2012-ci ildə Zaqatalada baş vermiş zəlzələnin nəticələrinin aradan qaldırılması işlərinə dövlət Fövqəladə Hallar Nazirliyinin xətti ilə 300 milyon manata yaxın vəsait ayırmışdı.Amma bu rayonda baş verən ikinci zəlzələdən sonra məlum oldu ki,birinci zəlzələnin nəticələrinin aradan qaldırılması üçün ayrılmış vəsaitin çox hissəsi talan edilib.

Aktualinfo.orq  Zaqatala İcra Hakimiyyəti tərəfindən rayonda aparılan abadlaşma və yenidənqurma işlərinə dövlət satınalmaları yolu ilə ayrılmış vəsaitlər ətrafında apardığı araşdırmalarda maraqlı məlumatlar əldə edib. Təbii ki, bu işlərin həyata keçirilməsinə cəlb olunmuş şirkətlərin hamısı 2009-cu ildən rayona rəhbərlik edən Mübariz Əhnədzadəyə yaxınlığı ilə tanınır. Onlardan biri də “İstehsal Təmir Sahəsi” MMC-dir ki, bir neçə gün əvvəl İcra Hakimiyyəti tərəfindən keçirilmiş kotirovka sorğularının qalibi olub.Həmin kotirovka sorğuları aşağıdakılardır.

Zaqatala şəhər 12 saylı körpələr evi-uşaq bağçasının kotirovka sorğusu üsulu ilə cari təmiri üzrə 19 263.5 manat məbləğində satınalma müqaviləsi 12.04.2021-ci il tarixdə “İSTEHSAL TƏMİR SAHƏSİ” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə bağlanmışdır.

İnzibati binanın kotirovka sorğusu üsulu ilə  cari təmiri üzrə 17239.8 manat məbləğində satınalma müqaviləsi 12.04.2021-ci il tarixdə “İSTEHSAL TƏMİR SAHƏSİ” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə bağlanmışdır.

Zaqatala rayonu Qımır kənd körpələr evi-uşaq bağçasının  kotirovka sorğusu üsulu ilə cari təmiri üzrə 4317.5 manat məbləğində satınalma müqaviləsi 26.10.2020-ci il tarixdə “İSTEHSAL TƏMİR SAHƏSİ” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə bağlanmışdır.

Zaqatala rayonu Aşağı Tala kənd sakininə məxsus yaşayış evinin kotirovka sorğusu üsulu ilə təmiri üzrə 24692.59 manat məbləğində satınalma müqaviləsi 16.10.2020-ci il tarixdə “İSTEHSAL TƏMİR SAHƏSİ” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə bağlanmışdır.

Zaqatala rayon Yuxarı Tala kənd sakini III qrup əlil Teymurxanova Zenfira Cəmaləddin qızına bir otaqlı fərdi yaşayış evinin kotirovka sorğusu üsulu ilə tikintisi üzrə 8501.9 manat məbləğində satınalma müqaviləsi 31.08.2020-ci il tarixdə “İSTEHSAL TƏMİR SAHƏSİ” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə bağlanmışdır.

Zaqatala şəhər 13 saylı uşaq bağçasının qrup otaqlarının kotirovka sorğusu üsulu ilə cari təmiri üzrə 25676.68 manat məbləğində satınalma müqaviləsi 18.08.2020-ci il tarixdə “İSTEHSAL TƏMİR SAHƏSİ” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə bağlanmışdır.

Zaqatala şəhər 13 saylı uşaq bağçasının 2-ci korpusunun dam örtüyünün kotirovka sorğusu üsulu ilə təmiri üzrə 19747.7 manat məbləğində satınalma müqaviləsi 18.08.2020-ci il tarixdə “İSTEHSAL TƏMİR SAHƏSİ” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə bağlanmışdır.

Fərdi yaşayış evinin dam örtrüyünün kotirovka sorğusu üsulu ilə dəyişdirilməsi üzrə 4547 manat məbləğində satınalma müqaviləsi 18.08.2020-ci il tarixdə “İSTEHSAL TƏMİR SAHƏSİ” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə bağlanmışdır.

Zaqatala rayonu 11 saylı körpələr evi-uşaq bağçasının 2-ci korpusunun dam örtüyünün kotirovka sorğusu üsulu ilə təmiri üzrə 16450  manat məbləğində satınalma müqaviləsi 11.03.2020-ci il tarixdə “İSTEHSAL TƏMİR SAHƏSİ” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə bağlanmışdır.

Zaqatala rayonu 11 saylı uşaq bağçasının kotirovka sorğusu üsulu ilə təmiri üzrə 33 408.99 manat məbləğində satınalma müqaviləsi 26.09.2019-cu il tarixdə “İSTEHSAL TƏMİR SAHƏSİ” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə bağlanmışdır.

MMC-nin Balakən rayonunda gördüyü işlər isə bunlardır.

Balakən rayon İcra Hakimiyyəti başçısının Şəhər Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən Mal material üzrə 8000 manat məbləğində satınalma müqaviləsi 11.12.2020-ci il tarixdə “İSTEHSAL TƏMİR SAHƏSİ” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə bağlanmışdır.

Mənzil fondunun əsaslı təmiri üzrə 41509.04 manat məbləğində satınalma müqaviləsi 12.10.2020-ci il tarixdə “İSTEHSAL TƏMİR SAHƏSİ” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə bağlanmışdır.

Qeyd edək ki,keçirilmiş tender və kotirovka sorğuları barədə məlumatlara diqqət yetirdikdə ayrılmış dövlət vəsaitlərinin kiçik məbləğdə olmaları diqqət çəkir. Amma əldə etdiyimiz məlumatlara görə adıçəkilən MMC-nın rayon ərazisində apardığı böyük həcmli işlər ya tender keçirilmədən MMC-yə həvalə olunub,ya da ayrılan vəsaitlər nədənsə satınalmaların vahid məlumat bazaına yerləşdirilməyib. Məlumatlı şəxslərin sözlərinə görə demək olar ki, son 15 ildə Zaqatala rayonunda aparılan təmir-tikinti işlərinin böyük əksəriyyəti məhz “İstehsal Təmir Sahəsi” MMC tərəfindən həyata keçirilib. Bu isə o deməkdir ki, MMC Zaqatalada dövlət vəsaitlərinin talan edilməsində başlıca rol oynayıb. Sözügedən MMC kimə məxsusdur?

Kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “İSTEHSAL TƏMİR SAHƏSİ” Məhdud Məsuliyyətli Cəmiyyətinin 22.10.2001-ci il tarixdə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 13 saylı Ərazi Vergilər İdarəsində dövlət qeydiyyatına alındığı göstərilir. Reyestr məlumatlarında nizamnamə kapitalı 2011 manat olan MMC-nin hüquqi ünvanının ZAQATALA RAYONU, ZAQATALA Ş, qanuni təmsilçisi kimi isə Şitayev Məmməd Şəmsəddin oğlu qeyd olunub.

Bəs Məmməd Şitayev kimdir?

Əldə etdiyimiz məlumatlara görə Məmməd Şitayev hələ sovetlər dönəmindən Zaqatalada tikinti müəssisələrində çalışıb,rəhbərlik edib. Özəlləşdirmədən sonra rəhbərlik etdiyi müəssisəni “İstehsal Təmir Sahəsi” MMC-yə çevirib və rayon ərazisində aparılan tikinti işlərinin çoxunun başında dayanıb.Məlumatlara görə Məmməd Şitayevin rəhbəri olduğu MMC 2012-ci ildə Zaqatalada baş vermiş zəlzələdən sonra dağıntıların nəticələrinin aradan qaldırılmasına ayrılmış dövlət vəsaitlərindən kifayət qədər yararlanıb.

Məlum zəlzələdən sonra nəticələrin aradan qaldırılmasına,fərdi və çoxmənzilli kommunal yaşayış binasının bərpasına cəlb edilmiş şirkətlər arasınada Məmməd Şitayevin rəhbəri olduğu “İstehsal Təmir Sahəsi” MMC-də olub. Qeyd edək ki, zəlzələnin nəticələrinin aradan qaldırılması işlərinə adı daha çox korrupsiyada, çirkli pulların yuyulmasında çəkilən, çoxu kağız üzərində yaradılmış, təcrübəsiz, daha çox FHN rəhbərliyində təmsil olunan şəxslərə v ə Zaqatala rayon İcra Hakimiyyətinin başçısı və onların qohumlarına məxsus olan və ya onlara yaxınlığı ilə seçilən, onların razılığı ilə inşaat işlərinə təyinat alan, heç bir tenderdən belə keçməyən, fəhlələrin əməyini istismar edərək haqqını kəsən, bəzən də verməyən şirkətlər olub.

Əldə etdiyimiz məlumatlara görə Məmməd Şitayevin şirkəti  bölgədə “Meliorasiya və Su Təsərrüfatı” Açıq Səhmdar Cəmiyyətinə tabeli bir çox qurumların da sifarişlərin icraçısı olub. Bu isə o deməkdir ki, son illərdə istər Zaqatala rayon İcra Hakimiyyətinin xətti ilə, istərsə də səhmdar cəmiyyətin xətti ilə Əhmədzadələrin pulunun üstünə pul yığanlardan biri də məhz Məmməd Şitayev olub.Təbii ki,bu yollarla qazandıqlarının hesabına özü də bölgənin ən varlı şəxslərindən birinə çevrilib.

 

Aktualinfo.org

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password