Ermənistanın Gəncəni bombalaması zamanı çəkilən foto Türkiyədə “İlin media fotosu” seçilib

 

Türkiyədə media sahəsində ən məşhur mükafatlardan olan “İlin media fotosu” müsabiqəsinin qalibi məlum olub.

“Sabah”ın yaydığı məlumata görə, Ermənistanın Gəncəni bombalaması zamanı yaxın qohumunun ölümü xəbərini alan qadının fotosu “İlin media fotosu” mükafatına layiq görülüb.

Fotonu Türkiyənin “Sabah” qəzetinin əməkdaşı Uğur Yıldırım çəkib. Bundan başqa, onun İkinci Qarabağ müharibəsi zamanı çəkdiyi fotolar fotoreportaj kateqoriyasında “İlin fotoreportajı ikincisi”, Şuşanın işğaldan azad olunmasından sonra insanların keçirdiyi sevinc hisslərinin əks olunduğu foto isə “Xarici türklər özəl mükafatı”na layiq görülüb.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password